FİZİKA PROBLEMLƏRİ İNSTİTUTU

XƏBƏRLƏR

RƏHBƏRLİK

ELMİ ŞÜRA

ŞÖBƏLƏR

ƏMƏKDAŞLAR

UNUDULMAZ ALİMLƏR

HESABATLAR, PLANLAR

TƏDQİQATLAR

İNFORMASİYA

ELMİ FONDLAR

JURNALLAR

KONFRANSLAR

FOTOALBOM

BAL CƏDVƏLLƏRİ


BİOLOJİ SİSTEMLƏR FİZİKASI

Məsimov E.Ə., Abbasov H.F., Həsənov H. Ş., Paşayev B. G.

Polietilenqlikolun suyun strukturuna təsiri alçaqtezlikli dielektometriya və viskozimetriya üsulu ilə tədqiq olunmuş və müəyyən olunmuşdur ki, polietilenqlikolun konsentrasiyasının artması suyu strukturlaşdırır, molekulyar kütləsinin artması isə strukturlaşmaya təsir göstərmir, temperaturun artması ilə suyun strukturu dağılır.

Abbasov H.F., İmaməliyev A.R.

Seqnetoelektrik maye kristalın elektrooptik xassələrinin kompyuter modelləşməsi yolu ilə səthlə ilişmə enerjisinin polyar və dispersiv hissələrinin bu maddənin səthlə stabilləşmiş halında yaranan elektrooptik effektlərin astana gərginliyinə və çevrilmə müddətlərinə təsiri öyrənilmişdir.

Məsimov E.Ə., Abbasov H.F., Budaqov K.M.

Lidokain-hidroxloridin suyun strukturuna təsiri alçaqtezlikli dielektometriya metodu ilə otaq temperaturunda öyrənilmişdir. Koul-loul diaqramlarının qurulması əsasında məlum olmuşdur ki,  lidokain-hidroxloridin təsiri ilə məhluldakı su klasterlərini ölçüləri artır, lidokain-hidroxlorid suyu strukturlaşdırır.

Məsimov E.Ə., Abbasov H.F., Həsənov H. Ş., Paşayev B. G

Məsimov E.Ə., İmaməliyev A.R.

Aqar gelinin diferensial  termik analiz üsulu ilə tədqiqi yerinə yetirilmiş, gelin ərimə və geləmələgəlmə temperaturlarının və uyğun faza keçidi entalpiyalarının qiymətləri təyin edilmişdir. Gelə daxil edilən qeyri-üzvi əlavələr gelin istilik xassələrinə təsir edir. Dife­rensial skanedici kalorimetrin köməyi ilə qızdırılma rejimində gümüş ionlarının aqar gelinin bəzi istilik xassələrinə təsiri öyrənilmişdirTəcrübənin nəticələri gümüş ionlarının gelin xassələrinə güclü təsirinin olduğunu gös­tərir. Belə ki, gümüş ionlarının varlığı gelin ərimə nöqtəsinə demək olar ki, təsir etmir, lakin keçid entalpiysına çox güclü təsir edir.

Məsimov E.Ə., İmaməliyev A.R.

Gelə daxil edilən qeyri-üzvi əlavələr onun reoloji xassələrini də əhəmiyyətli dərəcədə dəyişir. Fırlanma viskozimetri vasitəsi ilə bəzi duzların (NaCl, KCl və CaCl2) aqar gelinin reoloji xassələrinə (gelin axma gərginliyi, plastik özlülük, zahiri özlülük) təsiri öyrənilmişdir. Bu kəmiyyətlərin qiymətləri gelin axın əyrisindən alınır. Axın əyrisinin təhlili göstərir ki:  1) axın astana xarakteri daşıyır, yəni tətbiq olunan gərginliyin müəyyən bir qiymə­tindən sonra gel axmağa başlayır; 2) axın əyrisi müxtəlif bucaq əmsallarına malik olan iki düz xətdən ibarətdir. Ümumi təsəvvürlərə əsaslanaraq güman etmək olar ki, ki­çik gərginliklərdə assosiatları bir-irinə bağlayan rabitələr qırılmağa başlayır, böyük gərginliklərdə geldəki iri ölçülü aqre­qatlar xırdalanırlar.

Əlavələrin təsirini aşağıdakı kimi ümumiləşdirmək olar; a) NaCl duzu gelin möhkəmliyini bir qədər azaldır, özlülüyünü isə artırır; konsentra­siyanın artması möhkəmliyi demək olar ki dəyişmir, özlülüyü isə əhəmiyyətli dərəcədə artırır; b) KCl duzu kiçik konsentrasiyalarda gelin möhkəmliyini azaldır, böyük kon­sen­tra­si­ya­larda isə  kəskin artırır. KCl duzu özlülüyə də eyni cür təsir güstərir;. c) CaCl2 duzu gelin möhkəmliyini azca artırır, özlülüyünü isə kəskin artırır; konsen­trasiya artdıqca bu effekt güclənir.

Görülən işin nəticələrinin təhlili göstərir ki,  gelə daxil edilən ion əlavələrinin löməyi ilə gelin mikrostrukturunu, yəni geli əmələ gətirən assosiatların sayını və ölçüsünü, həmçinin bu assosiatlar arasındakı rabitələrin sayını və enerjisini dəyişmək, bunun əsasında isə gelin reoloji parametrlərini müəyyən hədlərdə idarə etmək mümkündür.

Məsimov E.Ə., Bağırov T.O.

Polietilenqlikol – C4O6H4Na2-H2O ikifazalı sisteminin heterogen və homogen oblastlarında suyun struktur dəyişmələri aşağı tezlikli dielektrik spektroskopiya metodu ilə tədqiq edilmişdir. Baxılan sulu məhlullarda mövcüd olan su klasterlərinin ölçülərinə polimerin molekul çəkisinin, həmçinin, polimer və duzun konsentrasiyaların təsiri öyrənilmişdir. Alınmışdır ki, sistemin eyni zamanda mövcud olan fazalarından PEQ-lə zəngin olan yuxarı fazasında su klasterlərinin ölçüləri polimerin konsentrasiyasından və molekul çəkisindən aslı olduğu halda aşağı fazada dəyişməz qalır.

Na+ və K+ ionlarının suyun strukturuna təsiri PEQ - C4O6H4KNa - H2O ikifazalı sistemlərinin fiziki-kimyəvi xassələri tədqiq olunmaqla raşdırılmışdır. Bu sistemin binodalını PEQ - C4O6H4Na2 - H2O ikifazalı sisteminin binodalı ilə müqayisə etdikdə alınmışdır ki, C4O6H4Na2 duzunda bir Na+ ionunun K+ ionu ilə əvəz olunması ikifazalı sistemin eyni zamanda mövcud olan fazalarının polimer tərkibini dəyişir və ikifazalı isitem komponentlərin daha kiçik konsentrasiyasında baş verir. Beləliklə, alınır ki,  Na+ ionuna nisbətən K+ ionu suyu daha çox strukturlaşdırır.

Məsimov E.Ə., Bağırov T.O., Mahmudov A.Ü.

İkifazalı sulu polimer sistemlərinin binodal əyrilərini termodinamik analiz etməklə polimer məhlulları üçün Flori-Xaqqins nəzəriyyəsini tətbiq edərək həlledici-polimer qarşılıqlı təsirini xarakterizə edən Flori parametri hesablanmışdır. Dekstran – PVPD – su və . Dekstran – PEQ– su ikifazalı sistemlərində 8o – 50o S temperatur intervalında polimer-su və polimer-polimer qarşılıqlı təsir parametrlərinin qiymətləri təhlil olunarkən alınmışdır ki, polimer-polimer qarşılıqlı təsiri çox kiçikdir və temperaturun dəyişməsi ilə təcrübə xətası daxilində dəyişməz qalır. Əksinə, polimer-su qarşılıqlı təsiri isə böyükdür və temperaturun dəyişməsi ilə müəyyən korrelyasiya asılılığı ilə dəyişir. Bu fakt onu göstəriri ki, polimerlər bir-biri ilə bilavasitə qarşılıqlı təsirdə olmur və onların qarşılıqlı təsiri yalnız su vasitəsi ilə baş verir.

Məsimov E.Ə., Bağırov T.O.

Dekstran-PEQ-su ikifazalı sistemin eyni zamanda mövcud olan fazalarındakı su molekulları protonlarının NMR spektrlərində rezonans xətlərinin eni və kimyəvi sürüşməsi öyrənilmişdir. Eyni zamanda təmiz suyun, dekstran-su və PEQ-su sistemlərinin NMR spektrləri çəkilmişdir. NMR spektrləri «Bruker-300» (ν0=300 Mhs) spektrometrində çəkilmişdir. Alınan nəticələr göstərir ki, bütün hallarda dekstran-PEQ-su ikifazalı sisteminin dekstranla zəngin aşağı fazadakı su molekulları protonlarının NMR xəttinin eni( ν) təmiz suya nisbətən böyük, rezonans xətti isə daha kiçik sahələrdə, PEQ-lə zəngin yuxarı fazadakı su protonlarının NMR xəttinin eni və kimyəvi sürüşməsi təcrübənin xətası hüdudunda təmiz suyun uyğun parametrləri ilə praktiki olaraq eyni olur. Alınmış nəticələr göstərir ki, ikifazalı sistemin eyni zamanda mövcud olan fazalarındakı suyun strukturları müxtəlifdir. Bu, ayrı-ayrı götürülmüş PEQ-su və dekstran-su sistemlərindəki suyun NMR spektrləri parametrlərini ( , ) təyin etdikdə də təsdiq olunur.

Məsimov E.Ə., Bağırov T.O.

Yüksəkmolekullu birləşmələrin sulu məhlullarının nisbi hidrofobluqlarının kəmiyyətcə təyin etmək və bəzi xəstəliklərin ilkin diaqnozunu vermək üçün ikifazalı sistemlərdə paylanma metodundan istifadə etmək perespektivləri göstərilmişdir. İkifazalı polimer-polimer-su və polimer-qeyri üzvi elektrolit sistemlərində paylanma metodu praktiki əhəmiyyət kəsb edən fiziki-kimyəvi metodlardan biridir. Bu metod müxtəlif kimyəvi maddələrin, o cümlədən biopolimerlərin sistemin müxtəlif hidrofobluğa malik, eyni zamanda mövcud olan fazaları arasında qeyri-bərabər paylanmasına əsaslanır. Müxtəlif dozalarla şüalandırılmış təcrübə siçnlarının qan zərdabının PEQ – Na2SO4 – H2O ikifazalı sistemlərində paylanmasına baxılmışdır. Təcrübələr dörd həftə ərzində aparılmışdır. Alınmışdır ki, kiçik dozalarla şüalandırılan siçanlarda paylanma əmsalı birinci həftə sağlam qan zərdabının paylanma əmsalından fərqlənsə də sonrakı həftələrdə bu fərq itir və heyvanlarda sağalma müşahidə olunur. Böyük dozalarda isə fərq getdikcə aprtır və heyvanlar ölürlər. Bu istiqamədə aparılan işlərin nəticələri təsdiq edir ki, ikifazalı sistemlərdən qanda patoloji dəyişikliklər əmələ gətirən xəstəliklərin ilkin diaqnozu məqsədi ilə istifadə etmək olar.

M. Bayramov, A.R.İmaməliyev

Kolloid maye kristal kompozitlərin alınması üçün yeni metod və sistemlər təklif olunur. Alınan sistemlərin bəzi elekirooptik xarakteristikaları ölçülmüşdür.

K.M.Budaqov, Q.M.Bayramov

Maye kristal-silisium  laylı sisteminin kontakt xassələrinə Si-un səth vəziy-yətinin təsiri tədqiq edilmiş və göstərilmişdir ki, səthin aşqarlanması zamanı Fermi səviyyəsi səthə “başlanmış” halda olur. Bu halda Si-MK  kontaktının həm energetik, həm də fotoelektrik xassələrini kəskin dəyişir.

E.Ə. Məsimov, B.G. Paşayev, H.Ş. Həsənov

Su-etanol-karbamid sistemlərinin müxtəlif temperaturlarda özlü axının aktivləşmə parametrlərinin ( ,  və ) konsentrasiyadan asılılıqları tədqiq edilmişdir. Alınan nəticələr göstərir ki, etanol 0.15 molyar hissə konsentrasiyaya qədər suya strukturlaşdırıcı, sonra isə dağıdıcı təsir göstərir, karbamid isə elə kiçik konsentrasiyalardan başlayaraq suyun strukturunu dağıdır. Karbamidin etanol-su sisteminə əlavə edilməsi inversiya nöqtəsinə təsir etmir.

E.Ə. Məsimov, B.G. Paşayev, H.Ş. Həsənov

Molyar kütlələri 6000, 15000, 20000 və 40000 olan PEQ-in sulu məhlulunun 293.15-333.15 K temperatur və 0-5% konsentrasiya intervalında özlü axının aktivləşmə parametrləri ( ,  və ), məhlulda PEQ-in parsial molyar həcmləri ( ) və xarakteristik özlülüyünün ([η]) temperaturdan asılılığı təyin edilmiş, bunlara əsasən məhlulda baş verən struktur xüsusiyyətləri təhlil edilmişdir. Müəyyən olunmuşdur ki,  və  parametrləri PEQ-in həm molyar kütləsinin, həm də məhlulda konsentrasiyasının artması ilə artırlar.  parametrinin isə molyar kütlədən və konsentrasiyadan asılılığında zəif dəyişmə müşahidə olunur. Məhlulda PEQ-in konfiqurasiyası deformasiya olunmuş yumaq formasındadır.

E.Ə. Məsimov, B.G. Paşayev, H.Ş. Həsənov

Etilpropionatın 300-500 K temperatur və 5-50 MPa təzyiq intervalında özlü axının aktivləşmə parametrləri, istidən həcmin genişlənmə əmsalı və izotermik sıxılma əmsalı hesablanmış, bu parametrlərin temperaturdan və təzyiqdən asılı olaraq dəyişmələri təhlil edilmişdir. Alınan nəticələr göstərir ki, , ,  və  asılılıqlarında izobarlar, , ,  və  asılılıqlarında isə izotermlərin uzantıları bir nöqtədə kəsişirlər. ,

B.G. Paşayev, H.Ş. Həsənov

n-amil spirtinin 1.09-49.14 MPa təzyiq və 288.95-567.35 K temperatur intervalında özlü axının aktivləşmə parametrləri, istidən həcmi genişlənmə və izotermik sıxılma əmsalları hesablanmış və bu parametrlərin temperaturdan və təzyiqdən asılı olaraq dəyişmələri təhlil edilmişdir. Alınan nəticələr göstərir ki, , ,  və  asılılıqlarında izobarlar bir nöqtədə kəsişirlər. Uyğun olaraq , ,  və  olur.

Bookmark and Share
© Bakı Dövlət Universiteti