FİZİKA PROBLEMLƏRİ İNSTİTUTU

XƏBƏRLƏR

RƏHBƏRLİK

ELMİ ŞÜRA

ŞÖBƏLƏR

ƏMƏKDAŞLAR

UNUDULMAZ ALİMLƏR

HESABATLAR, PLANLAR

TƏDQİQATLAR

İNFORMASİYA

ELMİ FONDLAR

JURNALLAR

KONFRANSLAR

FOTOALBOM

BAL CƏDVƏLLƏRİ


Mais Süleymanov

Baş elmi işçi
Fiz
ika-riyaziyyat elmləri doktoru (2000-ci il Rusiya Federasiyası)

  • Nüvə fizikası, yüksək enerjilər fizikası və ağır nüvələrin işiq sürətinə yaxın sürətlərdə toqquşmaları sahələrində ixtisaslaşmışdır.
  • Son beş ildə M.K.Süleymanov əsasən Böyük Adron Kollayderində (BAK CERN, Cenevrə İsveçrə) aparılan təcrübələrdə iştirak edir, sim nəzəriyyəsinin təcrübi yoxlanılması ilə əlaqədar tədqiqarlar aparır. O göstərmişdir ki, BAK-dan alınan bəzi təcrübi məlumatlar sim nəzəriyyəsinin əsas müddəalarına uyğun gəlirlər. Belə ki, protonların və qurğuşun nüvələrinin işıq sürətinə yaxın sürətlərdə toqquşmalarından alınan zərrəciklərin perpendiklyar impulslara (pT) görə paylanması bir neçə hissələrdən ibarətdirlər. Bu hissələrin uzunluqları pT-lər artdıqca artırlar və böyük pT-li hissənin uzunluğunun, qonşu kiçik pT-li hissənin  uzunluğuna  olan nisbətləri sabitdirlər. Hissələr də güclü qarşılıqlı təsirin konstantı, pT-lər artdıqca azalır. 8 Tev enerjilərdəki proton-proton toqquşmalar üçün müşahidə edilmişdir ki, hissələrin uzunluqlarının nisbəti uyğun zərrəçiklərin kütlələri nisbitinə çox yaxındır.
  • Bu müddətə M.K.Süleymanov eyni zamanda pedagoji fəaliyyətlə də məşğul olmuşdur. Pakistan İslam Respublikasının CUI universitetinin fizika fakültəsində nüvə fizikası və yüksək enerjilər fizikası kursları üzrə məruzələr oxumuşdur. O, son 5 ildə 2 fizika üzrə fəlsəfə doktoru və 10-dan artıq magistr hazırlamışdır.
  • O, 300-ə yaxın elmi işin müəllifi və həmmüəllifidir. Son 5 ildə çap edilmiş elmi məqalələrin siyahısı aşağıda göstərilir.


SEÇIILMIŞ ƏSƏRLƏR

Bookmark and Share
© Bakı Dövlət Universiteti