FİZİKA PROBLEMLƏRİ İNSTİTUTU

FPİ HAQQINDA

XƏBƏRLƏR

STRUKTUR

TƏDQİQAT İSTİQAMƏTLƏR

KONFRANSLAR

MARAQLI MƏLUMATLAR

ƏLAQƏ


Biz Sizi, Bakı Dövlət Universitetinin “Fizika Problemləri Elmi Tədqiqat İnstitutu”-nun elektron saytında salamlayırıq və ümidvar olduğumuzu bildirik ki, İnstitutumuzun yaranma tarixi, apardığı elmi tədqiqatlar və əldə etdiyi nailiyyətlər, beynəlxalq əlaqələrimiz, əməkdaşlarımızın qazandığı qrantlar, mükafatlar haqqında məlumat Sizin üçün maraqlı olacaq. Biz saytdakı informasiyanın tələbələrimizi elmi-tədqiqatlara həvəsləndirəcəyinə, onlarda elmə böyük maraq oyadacağına da inanırıq.

Fizika Problemləri Elmi Tədqiqatİnstitutunun direktoru, f.e.d.,

Sədiyar Soltan oğlu Rəhimov


Fizika Problemləri Elmi Tədqiqat İnstitutu BDU-nun nəzdində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07.01.2005-ci il tarixli 4 saylı qərarı, Təhsil Nazirliyinin 22.02.2005 tarixli 123 saylı əmri və BDU-nin rektorunun 29.03.2005-ci il tarixli R-16 saylı əmri ilə BDU-nin fizika fakültəsindəki “Yarımkeçiricilər fizikası”, “Kvant kimyası”, “Amorf təbəqələr fizikası”, “Bərk cisim elektronikası”, “Makromolekul məhlullarının fiziki-kimyası”, “Molekulyar biofizika”, “Yüksək enerjilər fizikası”, “Maye kristallar”, “Günəşin Fraunhofer spektri” və “Ozon generatorları” elmi-tədqiqat laboratoriyalarının bazasında yaradılmışdır. İnstitut 2005-ci ilin noyabr ayında fəaliyyətə başlamışdır.

Fizika Problemləri ETİ-də 21.10.2019 qədər “Yarımkeçiricilər fizikası”, “Nəzəri fizika”, “Bioloji sistemlər fizikası” şöbələri və “Yüksək enerjilər fizikası” qrupu fəaliyyət göstərmişdir. Elmi-tədqiqat işlərinin səviyyəsini daha da artırmaq məqsədi ilə 2019-cu ildə İnstitutda struktur dəyişiklikləri  aparılmışdır.  Bunun nəticəsi olaraq hal- hazırda Fizika Problemləri ETİ-də “Kondensə olunmuş hal” fizikası, “Nəzəri fizika” və “Biofizika” şöbələri fəaliyyət göstərir.

Fizika Problemləri ETİ-nin əməkdaşları arasında 13 elmlər doktoru və 33 fəlsəfə doktoru var. İnstitutda Bakı Dövlət Universitetinin kafedralarının müəllimləri, tələbə və magistrləri, aspirant və dissertantları elmi-tədqiqat işləri aparır, ayrı-ayrı sahələr üzrə praktika keçirlər.

Fizika Problemləri ETİ-də “Elektronika üçün perspektivli olan material və strukturların alınması və tədqiqi”, “Bioloji proseslərin molekulyar təşkilinin fiziki əsasları”, “Yüksək enerjilər fizikası”, “Bioloji sistemlərin təşkilinin fiziki-kimyəvi əsasları” istiqamətləri üzrə tədqiqatlar aparılır və bu mövzular ətrafında mütəmadi olaraq seminarlar keçirilir.

İnstitutun əməkdaşlarının əldə etdikləri nəticələr mötəbər elmi jurnallarda çap olunmuş, ABŞ, Fransa, İtaliya, Türkiyə, Rusiya, İran, Pakistan və s. kimi ölkələrdə keçirilmiş beynəlxalq konfrans, simpozium və seminarlarda dəfələrlə mərüzə edilmişdir. Bu fəaliyyətin nəticəsi kimi onlar dəfələrlə Beynəlxalq və Respublika dərəcəli müxtəlif qrantlar çərçivəsində elmi tədqiqat işləri aparmışlar.
Fizika Problemləri ETİ-nin İngiltərənin İmperial Kolleci və Durham Universiteti, Almaniyanın Boxum, Regensburq, Vuppertal, Kayzerslautern Universitetləri, Fransanın Ecole Polytechnique məktəbi və Nüvə Tədqiqatları İnstitutu, Moskva Dövlət Universitetinin “Molekulyar biologiya və bioüzvi kimya” kafedrası, Rusiya EA-nın “Yüksək Enerjilər Fizikası” İnstitutu, Türkiyənin İstanbul və Erciyez universitetləri, İran İslam Respublikasının “Riyaziyyat və Fizika” İnstitutu, Sankt-Peterburq “Fizika Texnika İnstitutu”, AMEA-nın Fizika və Radiasiya Problemləri İnstitutları ilə elmi əməkdaşlıq əlaqələri mövcuddur.

Bookmark and Share
© Bakı Dövlət Universiteti