FİZİKA PROBLEMLƏRİ İNSTİTUTU

XƏBƏRLƏR

RƏHBƏRLİK

ELMİ ŞÜRA

ŞÖBƏLƏR

ƏMƏKDAŞLAR

UNUDULMAZ ALİMLƏR

HESABATLAR, PLANLAR

TƏDQİQATLAR

İNFORMASİYA

ELMİ FONDLAR

JURNALLAR

KONFRANSLAR

FOTOALBOM

BAL CƏDVƏLLƏRİ


YÜKSƏK ENERJİLƏR FİZİKASI

Yüksək Enerjilər Fizikası qrupu Bakı Dövlət Universitetində 1990-2005 illər ərzində fəaliyyət göstərmiş Yüksək Enerjilər Fizikası Elmi–Tədqiqat laboratoriyasının əsasında yaradılmışdır. Yüksək Enerjilər Fizikası ETL-sı, 1990-cı ildə SSRİ Atom Energetika Komitəsinin razılığı əsasında 17.01.1990 tarixində 52 saylı əmrlə Təhsil Nazirliyi tərəfindən yaradılmışdır.Laboratoriyada iki istiqamətdə: elementar zərrəciklərin güclü qarşılıqlı təsirinin kvant xromodinamikası çərçivəsində nəzəri tədqiqat və yüksək enerjili zərrəciklərin qeyd olunması üçün yarınkeçirici təpə (vertex) detektorlarının yaradılması və tətbiqi istiqamətində təcrübi tədqiqatlar aparılmışdır. Detektorların yaradılmasında müəyyən müvəffəqiyyətlər əldə olunmuş, hazırlanmış detektorlar “Proza” proqramı üzrə Rusiyanın Protvino şəhərindəki Yüksək Enerjilər Fizikası İnstitutunda sınaqdan çıxarılmışdır. Sonradan SSRİ-nin dağılması və maliyyələşmədəki problemlər üzündən bu tədqiqatişləri dayandırılmış və 1993-cü ildən laboratoriya əməkdaşlarıyalnız nəzəri tədqiqatlarla məşğul olmuşlar. Araşdırmaların əsas mövzusunu Drell-Yan prosesinin öyrənilməsi, mezonların elektromaqnit form-faktorlarının müxtəlif üsullarla hesablanması, adron toqquşmalarında yüksək tvistli effektlərin, proton-proton toqquşmasında müxtəlif zərrəciklərin yaranmasının hesablanması, Yanq-Mills nəzəriyyəsində zərrəciklərin xarici xromosahələrdə hərəkətinin öyrəilməsi, riyazi fizika tənliklərinin invariantlıq qruplarının hesablanması təşkil etmişdir.

Yüksək Enerjilər Fizikası ETL-ın yaradıcısı və 2005-ci ilə qədər rəhbəri prof. F.S.Sadıxov olmuşdur. Laboratoriyanın ilk əməkdaşlarından F.S.Sadıxov, Ş.S.Ağayev, A.İ.Əhmədov və G.Ə.Səfərova hazırda da qrupda işləyirlər. Ş.Ə.MəmmədovV.H.Bədəlov 1999-cı ildə, R.Q.Cəfərov isə 2002-ci ildə laboratoriyaya işə götürülmüşdür.

BDU-da Fizika Problemləri institutu yaradıldıqdan sonra qısa müddət ərzində laboratoriya “Nəzəri fizika” şöbəsinin ümumi tərkibinə daxil edilmiş, 2008-ci ildən isə şöbə daxilində müstəqil qrup kimi fəaliyyət göstərir. Hazırdaqrupun rəhbəri AMEA-nın müxbir üzvü, prof. S.A.Hacıyevdir.

Qrupun əməkdaşlarının apardıqları elmi tədqiqatların nəticələri “Phys. Rev. D”, “Eur. Phys. J. C”, “Phys. Lett. B”, “İnt. J. Mod. Phys. A”, “Mod. Phys. A” kimi nüfuzlu beynəlxalq jurnallarda çap olunmuş, ABŞ, Fransa, Almaniya, İtaliya, Türkiyə, İran, Pakistanda keçirilmiş çoxsaylı konfrans, simpozium və işçi görüşlərdə məruzə edilmişdir.

Əməkdaşlarımız çoxsaylı fərdi qrantlar qazanmış və dünyanın müxtəlif elmi mərkəz, institut və universitetlərində tədqiqatlar aparmışlar. Belə ki, Ş.S.Ağayev DAAD (2002, 2005), NATO (2003-04), London Kral Cəmiyyətinin (2006) qrantları ilə müvafiq olaraq Almaniyanın Boxum və Regensburq universitetlərində, Fransanın Orsey şəhərindəki Nüvə Fizikası İnstitutunda, Londonun İmperial Kollecində elmi ezamiyyətlərdə olmuşlar.

A.İ.Əhmədov DAAD (2002, 2006) qrantları ilə Almaniyanın Vuppertal və Bonn universitetlərində, 2006-cı ildə TUBİTAK qrantı ilə Türkiyənin Erciyez universitetində elmi ezamiyyətlərdə olmuşdur. O, həmçinin 2003-2006 – cıillərdə NATO-nun reinteqrasiya qrantını almışdır.

Ş.Ə.Məmmədov DAAD (2000) qrantı ilə Kayzerslaytern Universitetində (Almaniya), 2003-2004-cü illərdə İranın IPM İnstitutunda, 2008-2009-cu illərdə isə TUBİTAK qrantı ilə Ankara Universitetində elmi araşdırmalar aparmışdır.

Yüksək enerjilər fizikası qrupunun əməkdaşları daim yenilik axtarışındadır.

Bookmark and Share
© Bakı Dövlət Universiteti