FİZİKA PROBLEMLƏRİ İNSTİTUTU

FPİ HAQQINDA

XƏBƏRLƏR

STRUKTUR

TƏDQİQAT İSTİQAMƏTLƏR

KONFRANSLAR

MARAQLI MƏLUMATLAR

ƏLAQƏ


30/01/2020

30.01.2020-ci il tarixində Fizika Problemləri İnstitutunun növbəti seminarı keçirilmişdir.

Seminarda “Kondensə olunmuş hal fizikası” şöbəsinin aparıcı elmi işçisi,f.e.d., prof. Cəfərov Maarif Əli oğlu “A2B6 birləşmələrinin nanoquruluşlu materiallarının kimyəvi üsulla alınması və onların elektron xassələri” mövzusunda məruzə ilə çıxış etmişdir.

Məruzəçi nazik təbəqələrin məhluldan kimyəvi üsulla alınma texnologiyasına dair ədəbiyyat icmalının analizini vermiş, bu metodikanın müxtəlif variantlarının son dövrlərdə geniş tətbiq olunduğunu qeyd etmişdir. Bu üsulla alınan  A2B6 birləşmələrinin nanoquruluşlu materiallarında baş verən elektron proseslərin ümumi qanunauyğunluqları qeyd edilmiş və spesifik xüsusiyyətləri təhlil olunmuşdur. Onların əsasında vahid texnologiya ilə alınmış müxtəlif strukturların, o cümlədən metal-yarımkeçirici, metal-dielektrik-yarımkeçirici, p-n və heterokeçidlərdə cərəyankeçmə mexanizmləri şərh olunmuşdur. Qeyd olunan texnologiya ilə müxtəlif stabilləşdiricilərin və səthi aktiv maddələrin köməyi ilə  nanohissəciklərin alınma imkanlarına və onların energetikada, elektronikada və tibbin müxtəlif sahələrində tətbiqi perspektivlərindən danışılmışdır.

 

Bookmark and Share
© Bakı Dövlət Universiteti