FİZİKA PROBLEMLƏRİ İNSTİTUTU

FPİ HAQQINDA

XƏBƏRLƏR

STRUKTUR

TƏDQİQAT İSTİQAMƏTLƏR

KONFRANSLAR

MARAQLI MƏLUMATLAR

ƏLAQƏ


27/02/2020

27.02.2020-ci il tarixində Fizika Problemləri İnstitutunun HəmkarlarTəşkilatının hesabat-seçki iclası keçirilmişdir.

27 fevral 2020-ci il tarixində BDU Fizika Problemləri ETİ-nin Həmkarlar Təşkilatının hesabat-seçki iclası keçirildi. İclasda Fizika Problemləri Elmi Tədqiqat İnstitutunun əməkdaşları və BDU-nun Həmkarlar İttifaqı Komitəsinin nümayəndəsi A.Ə.Atakişiyev iştirak etdi. İclasın gündəliyində aşağıdakı məsələlər dayanırdı:

1. Fizika Problemləri ETİ-nin  Həmkarlar Təşkilatının hesabatı

2.Yeni tərkibin - Büro üzvlərinin (5 nəfər) seçilməsi

Fizika Problemləri Elmi Tədqiqat İnstitutunun Həmkarlar Təşkilatının sədri M.Z. Məmmədov 7 fevral 2017 -27 fevral 2020-ci illəri əhatə edən dövr üçün hesabatla məruzə etdi. Məruzə yekdilliklə qənaətbəxş hesab olundu və yeni tərkibdə açıq səsvermə yolu ilə büro üzvləri seçildi. Büro üzvləri isə yekdilliklə Mübariz Zabid oğlu Məmmədovu Fizika Problemləri Elmi Tədqiqat İnstitutunun Həmkarlar Təşkilatının sədri seçdi.

Bookmark and Share
© Bakı Dövlət Universiteti