FİZİKA PROBLEMLƏRİ İNSTİTUTU

FPİ HAQQINDA

XƏBƏRLƏR

STRUKTUR

TƏDQİQAT İSTİQAMƏTLƏR

KONFRANSLAR

MARAQLI MƏLUMATLAR

ƏLAQƏ


31/03/2022

31.03.2022-ci il tarixində Fizika Problemləri ETİ-nin “Elm Günü”nə həsr olunmuş onlayn seminar keçirilmişdir.

Seminarda “Kondensə olunmuş hal fizikası” şöbəsinin elmi işçisi, Orbux Vladimir “İon materiallarda dielektrik aralığın yaranma mexanizmləri və onların elektrik ölçmələrinin nəticələrinə təsiri” mövzusunda məruzə ilə çıxış etmişdir.

Məruzəçi ion keçiricikli məsaməli materialların elektrik xassələrinin tədqiqindən bəhs etmişdir. Belə materialların xüsusiyyətləri əsasən onların ion keçiriciliyi ilə əlaqədardır. Elektrodətrafı hissələrdə yükdaşıyıcıların tükənməsi və ya zənginləşməsi həm sabit, həm də dəyişən elektrik sahələrindəki elektrik cərəyanına kəskin təsir edir. Dielektrik spektrləri və sabit elektrik sahəsindəki elektrik cərəyanının qeyri-stasionarlığı təhlil və izah edilir. Nümunənin sərhəddindəki dielektrik qatının xüsusi əhəmiyyəti qeyd olunur və onun yaranma mexanizmi mütəhərrik ionların çatışmazlığı ilə izah edilir.

Daha sonra Orbux Vladimir verilən sualları cavablandırmış, aparılan təcrübələrin xüsusiyyətlərini izah etmişdir.






Bookmark and Share
© Bakı Dövlət Universiteti