FİZİKA PROBLEMLƏRİ İNSTİTUTU

XƏBƏRLƏR

RƏHBƏRLİK

ELMİ ŞÜRA

ŞÖBƏLƏR

ƏMƏKDAŞLAR

UNUDULMAZ ALİMLƏR

HESABATLAR, PLANLAR

TƏDQİQATLAR

İNFORMASİYA

ELMİ FONDLAR

JURNALLAR

KONFRANSLAR

FOTOALBOM

BAL CƏDVƏLLƏRİ


28/11/2019

28.11.2019-cu il tarixində Fizika Problemləri İnstitutunun növbəti seminarı keçirilmişdir.

Seminarda Nəzəri fizika şöbəsinin aparıcı elmi işçisi, dosent Ağayeva Gülşən Ələkbər qızı “Bioloji fəal molekulların konformasiya dəyişikliklərinin molekulyar modelləşdirmə üsulları ilə tədqiqi” mövzusunda cıxış etmişdir. 
Məruzədə taxikininlər sinifinə aid olan bir sıra fizioloji xassələrinə görə farmakoloji əhəmiyyətə  malik olan neyropeptidlərin –maddə P, A və B neyrokininləri, fisalaemin, filomedusin, eledoisin, uperolein və onlara quruluşca oxşar olan beta-amiloid A-beta(25-35) peptid molekullarının quruluş və funksiaları xarakterizə edilmişdir. Taxikininlərin molekulyar mexanika üsulu ilə müəyyən edilən nəticələr və molekulyar dinamika üsulu ilə vakuumda və su mühitində simulyasının nəticələrı xarakterizə edilmışdir. Konkret numünə kimi on aminturşusundan ibarət taxikinin neyropeptidi sialokinin I molekulunun konformasiya analizinin nəticələri göstərilmişdir. Bu nəticələr sialokinin molekulunun enerji cəhətdən əlverışli alfa-spiral konformasiya vəziyyətinə meylini açıq aşkar sübut edir. Enerji cəhətdən əlverişli konformasiyaların su molekulları ilə dolu olan hipotetik qutuda sonrakı qısamüddətli MD üsulu ilə simulyasiya ilkin quruluşu ciddi dərəcədə pozmadı və hidrogen rabitələrini dəyişmədi. Eyni zamanda taxikinin molekullarının ən ehtimal olunan fəza quruluşlarının ikiüzlü bucaqların hesablanmış qiymətləri əsasında molekulyar modellərinin proyeksiyaları göstərilmişdir. Taxikinin molekullarının stabil konformasiyalarının müqayisəsi nəticəsində müəyyən edilmışdir ki, onların müxtəlif mühitlərdə çox oxşar konformasiya dinamikası müşahidə olunur. Məruzədə həmçinin angiotenzin çevirici fermentinin tripeptid inhibitorlarının fəza  və elektron quruluşunun molekulyar mexanika və kvant-kimyəvi hesablama üsulları ilə tədqiqinin nəticələri təhlil və müzakirə edilmişdir.Tədqiqat zamanı müəyyən edilmişdir ki, bir və yaxud iki prolin qalığını tərkibində daşıyan tripeptid molekulları identik stabil konformasiya vəziyyətlərinə malikdirlər. Bu tripeptid inhibitorların kvant-kimyəvi hesablama üsulu ilə elektron xarakteristikaları və dipol momentləri müəyyən və müqayisə edilmişdir.



Bookmark and Share
© Bakı Dövlət Universiteti