FİZİKA PROBLEMLƏRİ İNSTİTUTU

FPİ HAQQINDA

XƏBƏRLƏR

STRUKTUR

TƏDQİQAT İSTİQAMƏTLƏR

KONFRANSLAR

MARAQLI MƏLUMATLAR

ƏLAQƏ


01/07/2016

Gənc tədqiqatçıların İtaliyaya səfəri


Fizika Problemləri ETİ-nin aparıcı elmi işçisi f.r.e.n. Məmmədov Şahin Əlisəttar oğlu, Nəzəri fizika kafedrasının doktorantı və Fizika Problemləri ETİ-nin kiçik elmi işçisi Hüseynova Nərmin Cəfər qızı, Fz. ing-3 qrupunun III kurs tələbəsi Rəhimzadə Sara və Fz. ing-4 qrupunun IV kurs tələbəsi Seyidəliyeva Səbinə 14-23 İyun 2016-cı il tarixlərində İtaliyanın Erice(Siciliya) şəhərində ETTORE MAJORANA fondu tərəfindən təşkil edilən, 54-cü kurs: Böyük Adron Kollayderində yeni fiziklərin sərhədləri (54th Course: THE NEW PHYSICS FRONTIERS IN THE LHC-2 ERA) mövzusunda Subnüvəfizikası üzrə Beynəlxalq Məktəbdə iştirak etmişlər.

Beynəlxalq Məktəbdə prof. A. ASPECT ,prof.W.A. BARLETTA, prof. Z. BEREZHIANI, prof. A. BETTINI, P. COLLINS, M.J. DUFF, prof. S. FERRARA, prof. F. FERRONI, prof. D.Z. FREEDMAN, prof. H. FRITZSCH, prof. A. GIAZOTTO, ATLAS eksperimentindən dəvət olunmuş prof. P. GIUBELLINO, prof. F. HALZEN, 1999-cu ildə fizika üzrə Nobel mükafatçısı prof. G. 't HOOFT,  ATLAS eksperimentində dəvət olunan prof. P. JENNI,prof. J.D. OLSEN, prof. M.J. TANNENBAUM, prof. T. TAYLOR, prof. P. VAN NIEUWENHUIZEN, prof. H. WENNINGER, prof. G. WILKINSON, prof. Z.Z. XING və Majorana Fondunun direktoru prof. A. ZICHICHI mühazirələr oxumuş və gənc tədqiqatçıları maraqlandıran sualları cavablandırmışlar.

Tədbirdə Ş. Məmmədov, Meson effective mass in the isospin medium in hard-wall AdS/QCD model [pdf]adlı ,N. Hüseynova isə, ρ meson-nucleon coupling costant from the soft-wall AdS/QCD model [pdf]adlı məruzə ilə çıxış etmişlər.










Bookmark and Share
© Bakı Dövlət Universiteti