FİZİKA PROBLEMLƏRİ İNSTİTUTU

FPİ HAQQINDA

XƏBƏRLƏR

STRUKTUR

TƏDQİQAT İSTİQAMƏTLƏR

KONFRANSLAR

MARAQLI MƏLUMATLAR

ƏLAQƏ


04/05/2023

04 may 2023-ci il tarixində BDU-nun nəzdində  Fizika Problemləri ETİ-də Azərbaycan xalqının Ümummilli Lideri, Heydər Əliyevin anadan olmasının 100 illiyiilə əlaqədar iclas keçirilmişdir. Əvvəlcə Fizika Problemləri İnstitutunun direktoru S.Rəhimov çıxış etmiş və sonra sözü İnstitutunun həmkarlar təşkilatının sədri Mübariz Məmmədova vermişdir.
Fizika Problemləri ETİ-nin Həmkarlar Təşkilatının sədri Mübariz Məmmədov “Azərbaycanda müasir Həmkarlar Təşkilatlarının yaradılması və inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda çıxış etmişdir. O, çıxışında xüsusi olaraq qeyd etdi ki, müstəqil dövlətin və ölkənin rəhbəri Ümummilli Lider Heydər Əliyev bütün varlığı ilə azərbaycançılıq məfkurəsini özünə meyar seçmiş və prezidentliyi dövründə həmkarların qanun çərçivəsində müstəqil olmasında, söz sahibinə çevrilməsində və demokratiyanın inkişafında danılmaz rol oynadı.
1994-cü ilin fevralında Ümummilli Lider Heydər Əliyevin şəxsi təşəbbüsü və nəzarəti altında postsovet məkanında ilk dəfə olaraq Azərbaycan Respublikasında “Həmkarlar İttifaqları haqqında ” qanun qəbul edildi və Həmkarlar İttifaqlarının fəaliyyətinə güclü təkan verən sənəd, hüquqi baza yaradıldı. Həmkarlar İttifaqlarına şamil edilən hüquqlar 1995-ci ildə qəbul edilən və müəllifi Ümummilli Lider Heydər Əliyev olan müstəqil Azərbaycanın ilk Konstitusiyasında öz əksini tapdı.
Daha sonra Fizika Problemləri İnstitutunun direktoru S.Rəhimov çıxış edərək BDU-nun nəzdindəki Fizika Problemləri Elmi Tədqiqat İnstitutunun “Kondensə olunmuş hal” fizikası şöbəsinin böyük elmi işçisi Elşən Nəsirovun rəhbərliketdiyi “Humantek” komandasının “Ağıllı damla sulama sistemi (torpağın mineral tərkibi, rütubət səviyyəsi, havanın temperaturu və təzyiqi kimi məlumatların toplanaraq mərkəzi stansiyaya naqilsiz ötürülməsi üçün əkin sahələrinin müxtəlif yerlərində günəş enerjisi ilə qidalanan kiçik stansiyalar)” layihəsi ilə “TEKNOFEST-2023”aviasiya, kosmos və texnologiya festivalında III yerə layiq görülməsini kollektivin diqqətinə çatdırmış və qalibləri təbrik etmişdir.
“TEKNOFEST-2023”-ün qalibləri -“Kondensə olunmuş hal” fizikası şöbəsinin böyük elmi işçisiElşən Nəsirov və“Biofizika” şöbəsinin dissertantı Sara Rəhimzadə çıxış edərək Türkiyənin İstanbul şəhərində keçirilmiş müsabiqə haqqında təəssüratlarını kollektivin  diqqətinə çatdırmışdır.  “Kondensə olunmuş hal” fizikası şöbəsinin müdiri f.e.d. Fərhad Rüstəmov və İnstitutun direktor müavini Namiq Dərvişov qalibləri təbrik etmiş və bu qələbənin İnstitut kollektivi üçün böyük uğur olduğunu qeyd etmişlər. Daha sonra a.e.i., f.e.d. gülnarə Haqverdiyeva, a.e.i., f.r.e.n. Vidadi Bağıyev, a.e.i., f.r.e.n. Xavər Həsənova, b.e.i., f.f.d. Təranə Əliyeva və b. çıxış edərək qalibləri təbrik etmiş və yeni uğurlar arzulamışlar.













Bookmark and Share
© Bakı Dövlət Universiteti