FİZİKA PROBLEMLƏRİ İNSTİTUTU

FPİ HAQQINDA

XƏBƏRLƏR

STRUKTUR

TƏDQİQAT İSTİQAMƏTLƏR

KONFRANSLAR

MARAQLI MƏLUMATLAR

ƏLAQƏ


03/12/2020

03.12..2020 il tarixində Fizika Problemləri İnstitutunun növbəti onlayn seminarı keçirilmişdir.

Seminarda “Nəzəri fizika” şöbəsinin aparıcı elmi işçisi, f.ü.f.d. Baxşı Mehdiyev “TlCrS2 və TlCrSe2 birləşmələrinin half – metallik xassələri” mövzusunda məruzə ilə çıxış etmişdir.





Tədqiqat işiTlCrS2, TlCrSe2 vəTlCrSSe hipotetik birləşmənin half-metallik xassələrinin ilkin prinsiplərdən sıxlıq funksionalı nəzəriyyəsinə əsaslanan xəttiləşdirilmiş lokal orbitallarla birləşdirilmiş müstəvi dalğalar plyus lokal orbital (FP-LAPW+lo) metodu vasitəsilə tədqiq edilməsinə həsr olunmuşdur. Aparılan nəzəri hesablamaların nəticələri göstərmişdir ki, TlCrS2 vəTlCrSSe spin aşağı elektronlar üçün qadağan zonanin enerjisi (Eg)=0.12 eV olan half-metaldır. TlCrSe2 üçün isə tam maqnit momenti elementar özəyin  həcmi artdıqca azalır və öz sabit qiymətini alır. Enerji spektrində spin aşağı halı üçün qadağan zolağın əmələ gəlməsinin səbəbinin xalkogen atomlarının p–orbitallarının Cr atomunun d–orbitalları ilə güclü hibridləşməsinin nəticəsi olduğu göstərilmişdir.


Bookmark and Share
© Bakı Dövlət Universiteti