FİZİKA PROBLEMLƏRİ İNSTİTUTU

XƏBƏRLƏR

RƏHBƏRLİK

ELMİ ŞÜRA

ŞÖBƏLƏR

ƏMƏKDAŞLAR

UNUDULMAZ ALİMLƏR

HESABATLAR, PLANLAR

TƏDQİQATLAR

İNFORMASİYA

ELMİ FONDLAR

JURNALLAR

KONFRANSLAR

FOTOALBOM

BAL CƏDVƏLLƏRİ


07/06/2019

BDU-da “Tokyo Boeki RUSLLC” şirkətinin əməkdaşlarının iştirakı ilə seminar keçirilib

Elmi və cihaz avadanlıqlar təchizatı üzrə Yaponiyanın tanınmış “Tokyo Boeki RUSLLC” şirkətinin Baş direktorunun müavini Dmitriy Yurkovets və həmin qurumun satış üzrə meneceri Vitaliy Tinkov Bakı Dövlət Universitetində olub, Fizika Problemləri İnstitutu, Nanotexnoloqiyalar mərkəzi və Fizika fakultəsinin birgə seminarında iştirak ediblər.

BDU-nun rektoru Elçin Babayev seminarın əhəmiyyətindən danışıb və “Tokyo Boeki RUSLLC” şirkətinin yeni “Minimal FAB” yapon texnologiyasının elmi tədqiqatlada, həmçinin tələbələrin və elmi işçilərin mikroelektronika sahəsində biliklərinin artırılmasında mühüm rol oynayacağını qeyd edib.

Adıçəkilən şirkətin Baş direktorunun müavini Dmitriy Yurkovets “Minimal FAB- yarımkeçirici sənayenin yaradılmasında yeni yanaşma” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, “Minimal FAB” daha az məsrəflə inteqral mikrosxemlərin, çiplərin, drayverlərin, müxtəlif altlıqlar üzərində optelektron cihazların yaradılması istiqamətində unikal bir sistemdir. D.Yurkovets sistemin üstünlüyü kimi onun çox sadə idarə olunması və çevikliyini göstərib, istənilən miqdarda tələb olunan məhsulu almağa imkan verdiyini qeyd edib.

Seminar iştirakçıları maraqlandıran çoxsaylı sualların cavablandırılması ilə başa çatıb.




















Bookmark and Share
© Bakı Dövlət Universiteti