TƏBRİK EDİRİK!
BDU-nun Fizika Problemləri Elmi Tədqiqat İnstitutunun “Kondensə olunmuş hal” fizikası şöbəsinin böyük elmi işçisi ElşənNəsirovunrəhbərliketdiyi “Humantek” komandası “TEKNOFEST-2023” festivalınınfinalına çıxmışdır. Qeyd etmək lazımdır ki, “Teknofest” Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalıdır. “TEKNOFEST-2023” festivalı 27 aprel – 1 may tarixlərində İstanbul, 30 avqust – 3 sentyabr tarixlərində isə Ankara şəhərində keçiriləcək.
İnstitutun kollektivi “Humantek” komandasını təbrik edir və finalda qələbə arzulayır!
