FİZİKA PROBLEMLƏRİ İNSTİTUTU

XƏBƏRLƏR

RƏHBƏRLİK

ELMİ ŞÜRA

ŞÖBƏLƏR

ƏMƏKDAŞLAR

UNUDULMAZ ALİMLƏR

HESABATLAR, PLANLAR

TƏDQİQATLAR

İNFORMASİYA

ELMİ FONDLAR

JURNALLAR

KONFRANSLAR

FOTOALBOM

BAL CƏDVƏLLƏRİ


31/10/2018

BDU-nun gənc tədqiqatçıları Dubna şəhərində 21-28 oktyabr 2018 tarixlərində ezamiyyətdə olublar

BDU-nun Fizika Problemləri ETİ-nin və Fizika fakültəsinin əməkdaşları Rusiya Federasiyasının Dubna şəhərində keçirilən “Eksperimental Nüvə fizikasının qurğu və metodları” adlı gənc tədqiqatçıların IX Beynəlxalq payız məktəbində iştirak etmişlər.

BDU Fizika Problemləri ETİ-nin “Yüksək enerjilər fizikası” qrupunun kiçik elmi işçisi Nərmin Hüseynova və Nanoaraşdırmalar Mərkəzinin kiçik elmi işçiləri Həbibə Şirinova və Kənan Hüseynov bir həftəlik ezamiyyətləri dövründə nəzəri kursla yanaşı praktik kurs keçib, müxtəlif ölkələri təmsil edən alimlərlə birgə elmi müzakirələrdə iştirak etmişlər. Sonda isə Sertifikatla mükafatlandırılmışlar.

Qeyd edək ki, hər il Rusiya Federasiyasının Dubna şəhərindəki Birləşmiş Nüvə Tədqiqatları İnstitutu və MDB ölkələrinin Beynəlxalq İnnovativ Nanotexnalogiya Mərkəzi(BİNM) gənc tədqiqatçılar üçün müsabiqə elan edir. Müsabiqədən uğurla keçən namizədlər ezamiyyət müddətində Dubnada Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ), MDB ölkələrinin Beynəlxalq İnnovativ Nanotexnalogiya Mərkəzinin rəhbərliyi ilə bir həftəlik xüsusi proqramda iştirak edirlər.



Bookmark and Share
© Bakı Dövlət Universiteti