FİZİKA PROBLEMLƏRİ İNSTİTUTU

FPİ HAQQINDA

XƏBƏRLƏR

STRUKTUR

TƏDQİQAT İSTİQAMƏTLƏR

KONFRANSLAR

MARAQLI MƏLUMATLAR

ƏLAQƏ


08/09/2021

BDU-nun Fizika Problemləri ETİ-nin əməkdaşının məqaləsi nüfuzlu jurnalda dərc edilmişdir.

Bakı Dövlət Universitetinin Fizika Problemləri İnstitutunun Nəzəri fizika şöbəsinin aparıcı elmi işçisi dos. Şahin Məmmədovun Amerika Fizika Cəmiyyətinin (APS) Physical Review D (Phys. Rev. D 104, 036010 – Published 24 August 2021) jurnalında

“Temperature dependence of ρ meson-nucleon coupling constant from the AdS/QCD soft-wall model”

"AdS/KXD-nin yumşaq divar modelindən ρ mezon-nuklon qarşılıqlı təsir sabitinin temperatur asılılığı" adlı məqaləsi dərc olunmuşdur.

Məqalədə göstərilmişdir ki, nuklon mühiti daxilində vektor mezonla nuklonların qarşılıqlı təsir sabiti mühitin temperaturu artdıqca azalır və faza keçidi temperaturu ətrafında bu sabit sıfra bərabər olur. Alınan bu nəticə Kainatın yarandığı ilk anlarda zərrəciklərin qarşılıqlı təsirini başa düşməyə imkan verir.

Physical Review D (PRD), elementar zərrəciklər fizikası, sahə nəzəriyyəsi, qravitasiya və kosmologiya sahəsində aparıcı bir jurnaldır və yüksək enerjilər fizikasında ən çox istinad edilən jurnallardan biridir (2020-ci il üçün jurnalın Impakt factoru (IF)- 5.296 olmuşdur).

məqalənin linki: https://journals.aps.org/prd/abstract/10.1103/PhysRevD.104.036010

 

 

Bookmark and Share
© Bakı Dövlət Universiteti