Fizika Problemləri ETİ-nin Biofizika şöbəsinin aparıcı mühəndisiRəşid Əli oğlu Əliyev vəfat edib. (31.01.1954-08.01.2023)
Rəşid Əli oğlu Əliyev 1954-cü il yanvar ayının 31-də Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində qulluqçu ailəsində anadan olmuşdur.O, 1971-ci ildə BDU-nun Fizika fakültəsinə daxil olmuşdur. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirmiş və Universitetin fizika fakültəsində də saxlanılmışdır. R. Əliyev bu müddət ərzində baş laborantdan aparıcı mühəndis vəzifəsinə qədər yüksəlmişdir. O, 2005-ci ildən Bakı Dövlət Universitetinin Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunda aparıcı mühəndis vəzifəsində çalışmışdır. BDU-da yüksək ixtisaslı mütəxəssis kimi tanınmış Rəşid Əliyev bir çox elmi məqalələrin, ixtiraların, səmərələşdirici təkliflərin müəllifi olmuşdur.
Allah rəhmət eləsin!
