FİZİKA PROBLEMLƏRİ İNSTİTUTU

XƏBƏRLƏR

RƏHBƏRLİK

ELMİ ŞÜRA

ŞÖBƏLƏR

ƏMƏKDAŞLAR

UNUDULMAZ ALİMLƏR

HESABATLAR, PLANLAR

TƏDQİQATLAR

İNFORMASİYA

ELMİ FONDLAR

JURNALLAR

KONFRANSLAR

FOTOALBOM

BAL CƏDVƏLLƏRİ


03/10/2019

03.10.2019-cu il tarixində Fizika Problemləri İnstitutunun növbəti seminarı keçirilmişdir.

Seminarda  aparıcı elmi işçi Svetlana Demuxamedova “Hem-həllolunan quanilatsiklazanın karnozinlə qarşılıqlı təsirinin modelləşdirilməsi” mövzusunda məruzə ilə çıxış etmişdir.
Molekulyar dokinq metodundan istifadə edərək zülal-ligand kompleksinin nəzəri modelləşdirilməsi üzrə ilk dəfə görülmüş iş təqdim olunmuşdur. Molekulyar dokinq üsulu ilə aparılmış nəzəri modelləşdirmə reseptorun bağlanma yerində optimal vəziyyətdə yerləşən ligandın bir sıra konformasiya yığımını əldə etməyə və onların müvafiq bağlama afinliyini proqnozlaşdırmağa imkan verir.  Doking proseduru yeni dərmanların yaradılması və hazırlanması üçün çox faydalıdır. Məruzədə AutoDockTools dokinq proqramı və 3D vizualizasiya və ligand-ferment qarşılıqlı təsirlərinin təhlili üçün istifadə olunan PyMol proqramı haqqında ətraflı məlumat verilmişdir.  Bu araşdırmada ilk dəfə olaraq həllolunan guanilatsiklaza fermenti (pdb 1xbn) ilə N1H-in tautomerik formasında olan karnozin inhibitorunun molekulyar birləşməsi həyata keçirilmişdir. Karnozin dipeptidinin və həllolunan guanilatsiklaza zülalının bioloji xüsusiyyətləri haqqında ətraflı bəhs edilmiş, NO-sGC-cGMP sisteminin fəaliyyətinin tənzimlənməsinə yönəlmiş yeni dərmanların hazırlanmasına ehtiyacdan və karnosinin NO-danasılı aktivləşməni ləngidən inhibitor kimi seçilməsinin səbəbləri izah edilmişdir. İşin nəticələri göstərir ki, karnozin tautomeri hem və amin turşusu qalıqları ilə sabit komplekslər təşkil edərək, guanilatsiklazasının aktiv mərkəzinə bağlanır və müxtəlif mövqelərinə və konformasiyalarına görə -4,6 - -2,1 kkal / mol diapazonda bağlanma afinliyi ilə xarakterizə olunur. Məruzədə, həll olunan guanilatsiklazasının aktiv mərkəzində yerləşən amin turşusu qalıqlarının fonunda dokinq nəticəsində karnosin və hemin qərarlaşmış pozalarına baxılmışdır. Stabil bağlanma pozaları üçün karnozin və hem atomları və yaxında yerləşən amin turşusu qalıqları arasında qarşılıqlı təsir nəticəsində alınan məsafələr verilmişdir.

Bookmark and Share
© Bakı Dövlət Universiteti