FİZİKA PROBLEMLƏRİ İNSTİTUTU

FPİ HAQQINDA

XƏBƏRLƏR

STRUKTUR

TƏDQİQAT İSTİQAMƏTLƏR

KONFRANSLAR

MARAQLI MƏLUMATLAR

ƏLAQƏ


09/06/2022

BDU-nun Fizika Problemləri ETİ-nin əməkdaşlarının məqaləsi Q2 kvartil kateqoriyalı jurnalda dərc edilmişdir.

Bakı Dövlət Universitetinin nəzdində Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun “Kondensə olunmuş hal fizikası şöbəsin” şöbəsinin əməkdaşları Namiq Dərvişov və Vidadi Bağıyevin  “NaBi(WO4)2 monokristallarında  qadağan olunmuş zonanın temperaturdan asılılıgı” (Temperature dependent bandgap in NaBi(WO4)2 single crystals) adlı məqaləsi Q2 kvartil kateqoriyalı jurnallar siyahısında yer alan, İF=2,44 olan “Optik” jurnalında (Optik Volume 258, May 2022, 168811) dərc edilmişdir.

Çoxralski üsulu ilə yetişdirilmiş NaBi(WO4)2 mono kristalının optik xassələri tədqiq edilmişdir. Rentgen şüalarının diffraksiyası ilə aparılan tədqiqatlar bu kristalın şeelit tetraqonal quruluşlu olmasını göstərmişdir. Kristalın optik xassələri 10-300 K temperatur  intervalında  tədqiq edilmişdir.  Temperaturun azalması ilə udulma kənarının daha yüksək enerjilərə tərəf sürüşməsi müşahidə olunmuşdur. K. Varşni modeli nəzərə alınmaqla qadağan olunmuş zonanın temperaturdan asılılığı tədqiq edilmişdir.  Təcrübi nəticələrə əsasən 0 K-də gadağan olunmuş zonanın eni, onun temperaturdan dəyişmə sürəti və Debay temperaturu (Eg(0) = 3,61 eV, γ = − 8,83 × 10− 4 eV/K və β = 456 K) təyin edilmişdir.

Məqalənin linki: https://doi.org/10.1016/j.ijleo.2022.168811

Bookmark and Share
© Bakı Dövlət Universiteti