FİZİKA PROBLEMLƏRİ İNSTİTUTU

FPİ HAQQINDA

XƏBƏRLƏR

STRUKTUR

TƏDQİQAT İSTİQAMƏTLƏR

KONFRANSLAR

MARAQLI MƏLUMATLAR

ƏLAQƏ


12/05/2021

İslamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və müqəddəs ay hesab edilir. "On bir ayın sultanı" adlandırılan Ramazan ayı artıq başa çatır. Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu bu mübarək ayda hər bir müsəlman Allah qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək fürsəti qazanaraq xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının sevincini yaşayır. Ramazan bayramı insanları savab əməllərə dəvət edir, onları yer üzündə sülhün, əmin-amanlığın və qardaşlığın bərqərar olması naminə birgə səylər göstərməyə çağırır.

Bu il biz müqəddəs Ramazan bayramını qalib ölkənin xalqı kimi qeyd edirik.

Dünya müsəlmanlarının əziz günü - mübarək Ramazan bayramı münasibətilə Sizin hər birinizi təbrik edir, Sizə can sağlığı, evinizə ruzi bərəkət, Allahdan oruc və namazlarınızın, dualarınızın qəbul olunmasını diləyirik.

Ramazan bayramınız mübarək!




Bookmark and Share
© Bakı Dövlət Universiteti