FİZİKA PROBLEMLƏRİ İNSTİTUTU

FPİ HAQQINDA

XƏBƏRLƏR

STRUKTUR

TƏDQİQAT İSTİQAMƏTLƏR

KONFRANSLAR

MARAQLI MƏLUMATLAR

ƏLAQƏ


12/05/2022

12.05.2022-ci il tarixində Fizika Problemləri ETİ-nin növbəti seminarı keçirilmişdir.

Seminarda “Kondensə olunmuş hal fizikası” şöbəsinin böyük elmi işçisi, Məmmədov Mübariz “Oksidləşdiricinin çatışmamazlığı rejimində bircins məsaməli silisiumun alınması” mövzusunda məruzə ilə çıxış etmişdir.

Oksidləşdiricinin çatışmamazlığı rejimində sirkə turşusunun HF/HNO3/CH3COOH məhlulunda məsaməli silisiumun formalaşmasına təsirinin araşdırılmasından bəhs etmişdir. Müəyyən edilmişdir ki, sirkə turşusunun konsentrasiyası artdıqca inkubasiya müddəti artır, reaksiyanın sürəti azalır, qabarcıq yaranma prosesi zəifləyir və alınan təbəqələrin lateral bircinsliyi təmin olunur. Müxtəlif qalınlıqlı bircins məsaməli silisiumun alınması üçün aşılayıcı məhlulun optimal tərkibi müəyyən edilmişdir. Alınmış nümunələrin fotolyuminessensiya və həyəcanlaşma spektrləri tədqiq edilmişdir.
Daha sonra Məmmədov Mübariz verilən sualları cavablandırmış, maraqlı məqamları izah etmişdir.







Bookmark and Share
© Bakı Dövlət Universiteti