FİZİKA PROBLEMLƏRİ İNSTİTUTU

FPİ HAQQINDA

XƏBƏRLƏR

STRUKTUR

TƏDQİQAT İSTİQAMƏTLƏR

KONFRANSLAR

MARAQLI MƏLUMATLAR

ƏLAQƏ


11/08/2020

BDU-nun Fizika Problemləri ETİ-nin “Nəzəri Fizika” şöbəsinin müdiri, do­sent Şahin Ağayevin nüfuzlu jurnallarda məqalələri dərc edilmişdir.

BDU-nun Fizika Problemləri ETİ-nin “Nəzəri Fizika” şöbəsinin müdiri, do­sent Şahin Ağayevin çoxkvarklı adronlara həsr edilmiş tədqiqatlarının nəticələri nüfuzlu, Web of Science Clarivate Analytics beynəlxalq elmi məlumat bazasına daxil olan yüksək təsir əmsallı (impakt faktorlu) jurnallarda dərc edilmişdir.

Belə ki, altı kvarkdan ibarət uuddss tərkibli skalyar hissəciyin kütləsi hesab­lanmış, onun mütləq sabit xarakteri nümayiş etdirilmişdir. Heksakvark adı ilə tanı­nan bu hissəciyin kainatda “Görünməz Maddə”  (Dark Matter) rolunu oynaya bil­mə­si, bir sıra astrofiziki problemlərin izahında yeri müzakirə edilmişdir. The sca­lar hexaquark uuddss: a candidate to dark matter? (Skalyar uuddss heksakvarkı: görünməz maddəyə namizəd?) məqaləsi J. Phys. G: Nucl. Part. Phys. 47, 095001 (2020) (IF=2.415) jurnalında işıq üzü görmüşdür.

Yüksək enerjilər fizikasının aktual problemlərindən olan və son illərdə inten­siv nəzəri və eksperimental tədqiqatlar obyektinə çevrilmiş dördkvarklı me­zon­ların və ya  tetrakvarkların araşdırılmasına həsr edilmiş Heavy exotic scalar meson (Ağır eqzotik skalyar meson ) və Stable scalar tetraquark (Stabil skalyar tetrakvark ) məqalələri müvafiq olaraq Phys. Rev. D 101, 094026 (2020) (IF=4.38)Eur. Phys. J. A56, 177 (2020) (IF=2.176) jur­nal­larında dərc edilmişlər. Bu tədqiqatlarda ağır bb kvarklardan və yünğül udus antikvarklardan ibarət mezonların güclü və elektromaqnit təsirlərə qarşı dayanıqlı olduqları sübut edilmişdir. Göstərilmişdir ki, bu tetrakvarklar yalnız zəif qarşı­lıqlı tə­sir nəticəsində parçalana bilərlər. Məqalələrdə onların kütlələri, tam effektiv en kəsikləri və yaşama müddətləri hesablanmışdır. Əldə olunmuş nəticələr LHCb, BESIII, Belle qrupları tərəfindən aparılan eksperimentlər üçün mühüm əhəmiyyət kəsb edir.

Məqalələri oxumaq üçün linklərə keçid edə bilərsiniz:

Bookmark and Share
© Bakı Dövlət Universiteti