FİZİKA PROBLEMLƏRİ İNSTİTUTU

FPİ HAQQINDA

XƏBƏRLƏR

STRUKTUR

TƏDQİQAT İSTİQAMƏTLƏR

KONFRANSLAR

MARAQLI MƏLUMATLAR

ƏLAQƏ


14/06/2021

15 iyun - Milli Qurtuluş Günüdür

Xalqımızın müstəqillik tarixində böyük əhəmiyyət kəsb edən, qızıl hərflərlə yazılmış günlərdən biri də 15 iyun Milli Qurtuluş günüdür. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş bu əlamətdar gün, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü il iyunun 15-də parlamentin iclasında çıxış edən  ümumilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək taleyi ilə bağlı önəmli məqamlara toxunaraq, gələcək inkişaf strategiyasını elan etdi. Bütün həyatını  yalnız müstəqil Azərbaycanın ictimai-siyası tərəqqisinə  həsr edən ulu öndər, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürərək ölkədə uzun illər davam edən gərginlik və qarşıdurmanı aradan qaldıraraq, respublikamızı vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas edib. Milli Qurtuluş Günü 1997-ci ildən etibarən Milli məclisin qərarı ilə rəsmi bayram kimi qeyd edilir. Müstəqilliyin qazanılması nə qədər çətindirsə, onun qorunub  saxlanılması, daimi, əbədi olması bundan da çətindir. Prezident İlham Əliyev bu missiyanı şərəflə davam etdirir. Bugün respublikamızın  regionda və beynəlxalq arenadakı uğurları bunu bir daha təsdiq edir.




Bookmark and Share
© Bakı Dövlət Universiteti