FİZİKA PROBLEMLƏRİ İNSTİTUTU

FPİ HAQQINDA

XƏBƏRLƏR

STRUKTUR

TƏDQİQAT İSTİQAMƏTLƏR

KONFRANSLAR

MARAQLI MƏLUMATLAR

ƏLAQƏ


14/04/2022

14.04.2022-ci il tarixində Fizika Problemləri ETİ-nin növbəti elmi seminarı keçirilmişdir.

Seminarda “Nəzəri fizika” şöbəsinin baş elmi işçisi, Cəfərov Rauf “Kvant nəzəriyyələrində Landaunun xəyali polyusu problemi -- 65. Bu gün” mövzusunda məruzə ilə çıxış etmişdir.

Məruzəçi Landau polyusu anlayışından bəhs etmişdir.Landau polyusu anlayışının yaranması və tarixi şəraiti icmal olunur. Müasir nəzəriyyələrdə Landau polyusunun  əhəmiyyəti haqqında məlumat verilir. Bu polyusun analitik üsulla dəf olunması və qrafik nümayişi təmin edilir.

Daha sonra Cəfərov Rauf verilən sualları cavablandırmış, alınmış nəticələrin xüsusiyyətlərini izah etmişdir.

Seminarda BDU Fizika Problemləri ETİ-nin əməkdaşları ilə yanaşı AMEA Fizika İnstitutunun əməkdaşları da iştirak etmişdir.









Bookmark and Share
© Bakı Dövlət Universiteti