FİZİKA PROBLEMLƏRİ İNSTİTUTU

FPİ HAQQINDA

XƏBƏRLƏR

STRUKTUR

TƏDQİQAT İSTİQAMƏTLƏR

KONFRANSLAR

MARAQLI MƏLUMATLAR

ƏLAQƏ


14/10/2021

14.10.2021-ci il tarixində Fizika Problemləri ETİ-nin növbəti onlayn seminarı keçirilmişdir.

Seminarda “Nəzəri fizika” şöbəsinin aparıcı elmi işçisi, Yusif Qasımov “Oblasta nəzərən bir tərs məsələ haqqında” mövzusunda məruzə ilə çıxış etmişdir.

Məruzəçi qeyd etmişdir ki, Şredinger operatoru üçün ənənəvi olmayan bir tərs məsələyə baxılır. O, tərs məsələlərin xüsusiyyətlərini izah etmişdir. Daha sonra s-funksiyalar anlayışı daxil edilməsindən və onların verilmiş çoxluğuna nəzərən məsələnin verilmə oblastını təyin etmək üçün təklif olunan sxemdən danışmışdır.

Daha sonra Yusif Qasımov verilən sualları cavablandırmış, alınmış nəticələrin xüsusiyyətlərini izah etmişdir.











Bookmark and Share
© Bakı Dövlət Universiteti