FİZİKA PROBLEMLƏRİ İNSTİTUTU

FPİ HAQQINDA

XƏBƏRLƏR

STRUKTUR

TƏDQİQAT İSTİQAMƏTLƏR

KONFRANSLAR

MARAQLI MƏLUMATLAR

ƏLAQƏ


15/10/2021

BDU-nun Fizika Problemləri ETİ-nin əməkdaşının məqaləsi Q2 kvartil kateqoriyalı jurnalda dərc edilib.

Bakı Dövlət Universitetinin nəzdində Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Biofizika fizika şöbəsinin baş elmi işçisi- professor Niftalı Qocayevin, aparıcı elmi işçiləri - dosent Gülşən  Ağayeva və Ülkər Ağayevanın "Düyü kəpəyi zülalından alınmış kationik Glu-Gln-Arg-Pro-Arg pentapeptidin və onun D-izomerlərlə əvəzolunmuş analoqlarının molekulyar doking simulyasiya vasitəsilə xərçəng və covid-19 əleyhinə xüsusiyyətlərinin qiymətləndirilməsi" (Evaluation of anti-cancer and anti-covid-19 properties of cationic pentapeptide Glu-Gln-Arg-Pro-Arg, from rice bran protein and its D-isomer analogs through molecular docking simulations) adlı məqaləsi Q2 kvartil kateqoriyalı jurnallar siyahısında yer alan, “Journal of Molecular Graphics and Modelling” jurnalında (Journal of Molecular Graphics and Modelling,  v.108, 2021) dərc edilib (2020-ci il üçün jurnalın impakt faktoru (IF)- 2.079 olmuşdur).

Məqalənin linki: DOI:10.1016/j.jmgm.2021.107999

Məqalədə göstərilir ki, bir düyü kəpəyi zülalından əldə edilən Glu-Gln-Arg-Pro-Arg (EQRPR) pentapeptidinin xərçəng əleyhinə təsir mexanizmi məlum deyil. Bu boşluğu aradan qaldırmaq üçün nəzəri və təcrübi metodlardan istifadə edilmişdir. EQRPR pentapeptidin konformasiya analizi ilk dəfə edildi və əldə edilən ən aşağı enerjili konformasiyası optimallaşdırıldı. FTIR və CD spektroskopiyası ilə əldə edilən təcrübi struktur məlumatları nəzəri nəticələrlə yaxşı uyğun gəlir. D-izomer ilə hər bir amin turşu qalığı bir-bir əvəz olundu  və peptidin bütün D-izomerləri, ehtimal olunan anti-proteolitik və aktivliyi artırma xüsusiyyətlərinə görə araşdırıldı. Molekulyar doking, pentapeptidin Kd dəyərləri sırasıyla 90 nM və 180 nM olan α5β1 və αIIbβ3 inteqrinlərinə güclü bağlanmasını göstərdi. Bundan əlavə, EQRPR və onun D-izomerləri Mpro, sünbül glikoprotein, ACE2 və dACE2-nin apo- və holo-formalarına güclü bağlanma qabiliyyətləri göstərildi. Proqnozlaşdırılan nəticələr, pentapeptidin SARS-CoV-2 infeksiyasını əhəmiyyətli dərəcədə inhibə edə biləcəyini göstərir. Beləliklə, peptid, müxtəlif bioloji fəaliyyətləri olan çoxfunksiyalı olduğu üçün dərman kəşf prosesində lider molekul olma potensialına malikdir.

 

Bookmark and Share
© Bakı Dövlət Universiteti