FİZİKA PROBLEMLƏRİ İNSTİTUTU

FPİ HAQQINDA

XƏBƏRLƏR

STRUKTUR

TƏDQİQAT İSTİQAMƏTLƏR

KONFRANSLAR

MARAQLI MƏLUMATLAR

ƏLAQƏ


16/01/2023

BDU-nun Fizika Problemləri ETİ-nin əməkdaşlarının məqaləsi Q2 kvartil kateqoriyalı jurnalda dərc edilib.

Bakı Dövlət Universitetinin nəzdində Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun “Biofizika” şöbəsinin aparıcı elmi işçiləri Svetlana Demuxamedova və Gülnara Haqverdievanın “N-əvəz edilmiş tiokarbamidin metal komplekslərinin sintezi, struktur analizi, DFT-nin tədqiqi, antioksidant aktivliyi” (“Synthesis, structural analysis, DFT study, antioxidant activity of metal complexes of N-substituted thiourea”) adlı məqaləsi Q2 kvartil kateqoriyalı jurnallar siyahısında yer alan, “Polyhedron” jurnalında (Volume 231, 1 February 2023, 116274) dərc edilmişdir.

N-əvəz edilmiş tiokarbamid və onun metal kompleksləri sintez edilmiş və Nüvə maqnit rezonansı (NMR), İnfraqırmızı (İQ) spektroskopiyası və rentgen faza analizi ilə xarakterizə edilmişdir. Bu birləşmələrin sabit strukturlarını xarakterizə edən həndəsi, enerji və elektron parametrləri 6–31++G(d,p) bazası əsasında DFT/B3LYP nəzəriyyə səviyyəsində təyin edimişdir. Sərhəd molekulyar orbitalların enerjiləri, enerji boşluğu, kimyəvi reaktivlik deskriptorları, atom yükləri, dipol momenti və qütbləşmə qabiliyyəti hesablanmış, reagent və kompleks üçün molekulyar qarşılıqlı təsirlərin baş verə biləcəyi elektrofil və nukleofil bölgələrin yerləri müəyyən edilmişdir.

Elektron sıxlığının ötürülməsi və hiper konyuqativ qarşılıqlı təsirlər aydınlaşdı­rılmışdır. Əldə edilən məlumatlar CuCl2 əvəzedicisinin reaktivliyini proqnozlaşdırmağa imkan verir. Məlum olmuşdur ki, qeyd olunan əvəzedicinin təbiəti N6-Cu25 və N17-Cu25 koordinasiya bağı vasitəsilə sabit beş üzvlü halqanın əmələ gəlməsinə kömək edir. Bundan əlavə, tiokarbonil və metil qrupları bu kompleksdə C10H13…S5 hidrogen bağı vasitəsilə psevdo altı üzvlü halqa əmələ gətirir. Müəyyən edilmişdir ki, tiokarbamid və onun CuCl2 ilə kompleksinin təklif olunan modellərinin təcrübi və nəzəri cəhətdən əldə edilmiş parametrlərə yaxşı uyğun gəlir. Sintez edilmiş birləşmələrin antioksidant xüsusiyyətləri model reaksiyalarında tədqiq edilmişdir. Sürtkü yağlarının oksidləşməsinin real şəraitdə oksidləşmə inhibitorlarının antioksidant təsir mexanizminin tədqiqi çox çətin olduğundan, sintez edilən birləşmələrin antioksidant təsiri karbohidrogen-kumen modelinin mexanizmi ətraflı öyrənilmiş oksidləşmə reaksiyasında tədqiq edilmişdir. Bu birləşmələrin iştirakı ilə kumenin autoksidləşməsinin tədqiqi onların autoksidləşmə prosesini effektiv şəkildə inhibirləşdirdiyini göstərmişdir.

Məqalənin linki:https://doi.org/10.1016/j.poly.2022.116274

 

 

 

Bookmark and Share
© Bakı Dövlət Universiteti