FİZİKA PROBLEMLƏRİ İNSTİTUTU

FPİ HAQQINDA

XƏBƏRLƏR

STRUKTUR

TƏDQİQAT İSTİQAMƏTLƏR

KONFRANSLAR

MARAQLI MƏLUMATLAR

ƏLAQƏ


11/05/2020

BDU FPİ-nun əməkdaşlarının məqalələri nüfuzlu beynəlxalq jurnalarda dərc olunmuşdur.

Bakı Dövlət Universitetinin Fizika Problemləri ETİ-nin əməkdaşları Şahin Ağayev, Namiq Dərvişov və Vidadi Bağıyevin həmmüəllif olduqları məqalələr nüfuzlu beynəlxalq elmi jurnallarda dərc olunmuşdur.

Bunlardan ikisi elementar hissəciklər fizikası istiqamətində olan tədqiqatlara həsr  olunmuşdur. Bu məqalələrdə bəzi vektor və aksial-vektor 4-kvarklı mezonların kütlələri, güclü və zəif parçalanma kanalları tədqiq edilmiş, onların yaşama müddətləri hesablanmışdır.  Müvafiq təcrübi nəticələrlə müqayisələr aparılmışdır.

Alınan nəticələr Şahin Ağayevin həmmüəllif olduğu Impact Faktoru 4.368 olanPHYSICAL REVIEW D jurnalında -“Nature of the vector resonance Y(2175)” (“Y(2175) vektor rezonansının təbiəti”) (DOI: 10.1103/PhysRevD.101.074012) və Impakt Faktoru 3.185 olan Nuclear Physics B jurnalında- “Double-heavy axial-vector tetraquark T0bc;¯u¯d” (İkiqat-ağır aksial-vektor T0bc;¯u¯d tetrakvarkı) (https://doi.org/10.1016/j.nuclphysb.2019.114890) adlı məqalələrdə öz əksini tapmışdır.

Digər məqalə isə təcrübi fizikanın optika  istiqamətində olan tədqiqatlara həsr  olunmuşdur. İşığın həcmi modulyasiyası, optik açarlar və holoqrafik yazılar məqsədi ilə fotokeçirici, fotokatalitik, dielektrik və fotorefraktiv xassələri kifayət qədər yüksək olan maddələr tələb olunur. Bu məqsədlə istifadə oluna bilən Bi12GeO20 kristalının spektroskopik ellipsometriya və Raman spektroskopiyası tədqiqatları əsasında optik xassələri tədqiq edilmişdir.

Alınan nəticələr Namiq Dərvişov və Vidadi Bağıyevin həmmüəllif olduqları Impact Faktoru 3.64 olan Ceramics International jurnalında- “Investigation of optical properties of Bi12GeO20 sillenite crystals by spectroscopic ellipsometry and Raman spectroscopy” (Bi12GeO20 sillenit kristalının optik xassələrinin spektroskopik ellipsometriya və Raman spektroskopiyası vasitəsilə tədqiqi) (https://doi.org/10.1016/j.ceramint.2020.02.056) adlı məqalədə öz əksini tapmışdır.

 

Bookmark and Share
© Bakı Dövlət Universiteti