FİZİKA PROBLEMLƏRİ İNSTİTUTU

FPİ HAQQINDA

XƏBƏRLƏR

STRUKTUR

TƏDQİQAT İSTİQAMƏTLƏR

KONFRANSLAR

MARAQLI MƏLUMATLAR

ƏLAQƏ


16/12/2020

16.12.2020 il tarixində Fizika Problemləri ETİ-nin növbəti onlayn seminarı keçirilmişdir.


Seminarda “Nəzəri fizika” şöbəsinin böyük laborantı Sara Rəhimzadə “Sleyter atom orbitalları bazisində açıq elektron təbəqəli ikiatomlu molekulların spektroskopik parametrləri” mövzusunda məruzə ilə çıxış etmişdir.



Məruzəçi göstərmişdir ki, çoxelektronlu sistemlərin müxtəlif xassələrinin kvant-mexaniki metodlarla nəzəri öyrənilməsi molekul fizikasının aktual məsələlərindəndir. Belə parametrlərin təcrübi təyini zamanı müəyyən problemlər yaranır. Məruzədə açıq elektron təbəqəli BeH və CH molekullarının spektroskopik parametrlərinin hesablanması məsələsinə baxılmışdır. Bu parametrləri hesablamaq üçün molekulların elektron enerjisinin nüvələrarası məsafədən asılılığının analitik ifadəsi tələb olunur. Tam elektron enerjisi molekulyar orbitallardan asılı funksiyalar şəklində ifadə olunmuşdur. Molekulyar orbitallar isə molekuldakı atomların Sleyter atom orbitallarının xətti kombinasiyası şəklində axtarılmış və açıq elektron təbəqəli molekulların tam elektron enerjisi üçün ümumi analitik ifadə alınmışdır. Tam elektron enerjisinin ifadəsindəki xətti kombinasiya əmsallarının qiymətləri Xartri-Fok-Rutan tənlikləri həll olunaraq tapılmışdır. Bu məruzədə tam elektron enerjisi nüvələrarası məsafədən asılı kubik polinom şəklində axtarılır. Bu polinomdakı naməlum əmsalların qiymətləri ən kiçik kvadratlar metodu tətbiq olunaraq hesablanmışdır. Tam elektron enerjisinin analitik ifadəsi əsasında BeH və CH molekullarının spektroskopik sabitləri hesablanmışdır.

Bookmark and Share
© Bakı Dövlət Universiteti