FİZİKA PROBLEMLƏRİ İNSTİTUTU

FPİ HAQQINDA

XƏBƏRLƏR

STRUKTUR

TƏDQİQAT İSTİQAMƏTLƏR

KONFRANSLAR

MARAQLI MƏLUMATLAR

ƏLAQƏ


17/05/2022

BDU-nun Fizika Problemləri ETİ-nin əməkdaşının məqaləsi Q1 kvartil kateqoriyalı jurnalda dərc edilib.

Bakı Dövlət Universitetinin nəzdində Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun “Kondensə olunmuş hal fizikası şöbəsin” şöbəsinin müdiri Fərhad Rüstəmovun “Bi12TiO20 kristallarının mexaniki xassələrinin nanoindentasiya yolu ilə təyini” (Determination of mechanical properties of Bi12TiO20 crystals by nanoindentation) adlı məqaləsi Q1 kvartil kateqoriyalı jurnallar siyahısında yer alan, “Materials Science in Semiconductor Processing” jurnalında (Materials Science in Semiconductor Processing. Volume 140,15 March 2022, 106389) dərc edilib.

Czochralski üsulu ilə alınmış Bi12TiO20 monokristalının mexaniki xassələri nanoindentasiya üsulu ilə tədqiq edilmişdir. Nanoindentasiya təcrübələri 5 mN-dan 100 mN-ə qədər müxtəlif yüklənmərdə aparılmışdır. Kristalın sərtliyi və Young modulu Oliver-Pharr üsulu ilə müəyyən edilmişdir. Sərtliyin yükdən asılılığı ölçü girinti effekti büruzə verir. Kristalın elastik və plastik deformasiya komponentləri hesablanmış və müəyyən edilmişdir ki, BTO monokristalında dominant komponent plastik deformasiyadır.

Məqalənin linki: https://doi.org/10.1016/j.mssp.2021.106389


Bookmark and Share
© Bakı Dövlət Universiteti