FİZİKA PROBLEMLƏRİ İNSTİTUTU

FPİ HAQQINDA

XƏBƏRLƏR

STRUKTUR

TƏDQİQAT İSTİQAMƏTLƏR

KONFRANSLAR

MARAQLI MƏLUMATLAR

ƏLAQƏ


19/05/2021

19.05.2021-ci il tarixində Fizika Problemləri ETİ-nin növbəti onlayn seminarı keçirilmişdir.

Seminarda “Nəzəri fizika” şöbəsinin elmi işçisi, Gülnarə Səfərova “Optik qəfəsdə ikinci harmonikanın əks dalğası halında ardıcıl üçtezlikli qarşılıqlı təsir” mövzusunda məruzə ilə çıxış etmişdir.

Məruzəçi optik superqəfəsin parametrlərinin hesablamasının daha dəqiq analitik metodu (üsülü) təklif edilməsindən danışmışdır. Sabit intensivlik yaxınlaşmasında, ikinci harmonikanın əks dalğası halında tezliyin ikiqat və üçqat artması ilə qeyri-xətti kvazisinxron proses təhlil edilmişdir. Üçüncü harmonikaya çevrilmənin effektivliyi, kvazisinxronizmin müxtəlif tərtibləri üçün analitik olaraq hesablanır.Qeyri-xətti əmsallarının nisbətinin optimal qiymətinin mövcud olması göstərilmişdir.

Məruzəçi adı çəkilən istiqamət haqqında ətraflı danışmış və effektiv tezlik çeviriciləri üçün yeni perspektivli materiallardan optik qəfəsin qurulması üçün tövsiyələr verilmişdir. Daha sonra Gülnarə Səfərova verilən sualları cavablandırmış, alınmış nəticələrin xüsusiyyətlərini izah etmişdir.




Bookmark and Share
© Bakı Dövlət Universiteti