FİZİKA PROBLEMLƏRİ İNSTİTUTU

FPİ HAQQINDA

XƏBƏRLƏR

STRUKTUR

TƏDQİQAT İSTİQAMƏTLƏR

KONFRANSLAR

MARAQLI MƏLUMATLAR

ƏLAQƏ


19/11/2020

19.11.2020 il tarixində Fizika Problemləri İnstitutunun növbəti onlayn seminarı keçirilmişdir.


Seminarda Biofizika şöbəsinin aparıcı elmi işçisi Svetlana Demuxamedova “Yeni sintez olunmuş bəzi azo-törəmələri tautomerlərinin molekuldaxili və molekullararası hidrogen rabitələrinin  fəza və elektron quruluşlarının kvant kimyası  üsulları ilə tədqiqi” mövzusunda məruzə ilə çıxış etmişdir.





Tədqiqat işi bir sıra azo törəmələrinin tautomerlərinin fəza və elektron quruluşlarının kvant kimyası üsulları ilə tədqiqinə həsr olunmuşdur. Əvvəlcə səkkiz tautomerin fəza və elektron quruluşları DMZ yarımempirik kvant kimyası üsulu ilə tədqiq olunmuş və alınan molekuldaxili hidrogen rabirələrinin həndəsi parametrləri təyin edilmişdir. Tautomerlərin alınmış optimallaşdırılmış modelləri sonra kvant kimyasının sıxlığın funksional metoduB3LYP ilə tədqiq olunmuşdur. Tautomerlərin HOMO və LUMO orbitallarına baxılmış, onların energi parametrləri, atomlardakı yüklər, dipol momentləri müəyyən olunmuşdur.

 

Bookmark and Share
© Bakı Dövlət Universiteti