FİZİKA PROBLEMLƏRİ İNSTİTUTU

FPİ HAQQINDA

XƏBƏRLƏR

STRUKTUR

TƏDQİQAT İSTİQAMƏTLƏR

KONFRANSLAR

MARAQLI MƏLUMATLAR

ƏLAQƏ


20/02/2020

20.02.2020-ci il tarixində Fizika Problemləri İnstitutunun növbəti seminarı keçirilmişdir.

Seminarda Biofizika şöbəsinin baş elmi işçisi Larisa İsmayılova  “Tetrapeptidlərin glyproline molekulların fəza quruluşu” mövzusunda məruzə ilə çıxış etmişdir.
Məruzəçi tetrapeptid glyproline molekulu Gly-Pro-Gly-Pro və onun analoqları  Arg-Pro-Gly-Pro, Leu-Pro-Gly-Pro, Val-Pro-Gly-Pro, Phe-Pro-Gly-Pro, təbii molekulu Pro-Gly-Pro-Gly və onun analoqları Pro-Gly-Pro-Argç Pro-Gly-Pro-Leu, Pro-Gly-Pro-Val, Pro-Gly-Pro-Phe molekullarının fəza quruluşu və konformasiya imkanları nəzəri konformasiya analizi üsulu ilə tədqiq edilməsindən və alınan nəticələrdən danışmışdır.
Molekulun potensial enerjisi qeyri-valent, elektrostatik, torsion qarşılıqlı təsir enerjilərinin və hidrogen rabitəsi enerjisinin cəmi şəklində seçilmişdir. Hər bir molekulun  aşağı enerjili konformasiyaları, əsas və yan zəncirlərin ikiüzlü fırlanma bucaqlarının qiymətləri tapılmış, amin turşu qalıqları daxilində və arasında qarşılıqlı təsir enerjiləri müəyyən olunmuşdur. Hesablamaların nəticələri əsasında göstərilmişdir ki, tetrapeptid molekullarının əsas zəncirlərinin fırlanmış və yarı bükülmüş formalarının konformasiyaları aşağı enerjili olmuşdur. Əsas zəncirin fırlanmış və yarı bükülmüş formasında əsas zəncirin hissələri  ilə amin turşu qalıqlarının yan zəncirləri fəzada bir-birinə yaxınlaşır və effektiv qarşılıqlı təsir yaradır.



Bookmark and Share
© Bakı Dövlət Universiteti