FİZİKA PROBLEMLƏRİ İNSTİTUTU

XƏBƏRLƏR

RƏHBƏRLİK

ELMİ ŞÜRA

ŞÖBƏLƏR

ƏMƏKDAŞLAR

UNUDULMAZ ALİMLƏR

HESABATLAR, PLANLAR

TƏDQİQATLAR

İNFORMASİYA

ELMİ FONDLAR

JURNALLAR

KONFRANSLAR

FOTOALBOM

BAL CƏDVƏLLƏRİ


16/11/2016

MDB dövlətlərarası humanitar əməkdaşlıq fondunun və Birləşmiş Nüvə Tədqiqatları İnstitunun (BNTİ) maliyyə dəstəyilə MDB ölkələrinin Nanotexnologiya üzrə İnnovasiya mərkəzinin rəhbərliyi altında 16.10.16-15.11.16 tarixlərində 9 MDB ölkəsindən 20 nəfər seçilərək növbəti dəfə təşkil olunan “Gənc alimlər üçün təcrübə proqramı”-da iştirak etmişdir. Azərbaycandan Bakı Dövlət Universitetinin doktorantları Hüseynova Nərmin, Novruzova Aygül və Bayramova Zeynəb təcrübə praqramına seçilərək Rusiya Federasiyasının Dubna şəhərində bir aylıq təcrübə keçiblər. Proqram çərçivəsində onlar BNTİ-nin yüksək enerjilər fizikası, radiobiologiya, nüvə problemləri, nüvə reaksiyaları, nəzəri fizika, neytron fizikası laboratoriyaları ilə tanış olmuş, nəzəri və praktiki seminarlarda iştirak etmişlər. Proqrama uyğun olaraq elmi-istehsalat mərkəzi -Aspekt, Dubna universiteti, Dubna xüsusi ekonomik zonası və Skolkov innovasiya mərkəzinə təşkil olunmuş ekskursiyalarda iştirak etmişlər.

Hər il olduğu kimi bu il də həmyerlilərimiz ''Azərbaycan günü'' təşkil edərək müxtəlif ölkələrdən olan həmkarlarına Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti haqqında məlumat veriblər.Böyük maraqla qarşılanan tədbirin sonunda tariximizi, mədəniyyətimizi əks etdirən suvinirlər iştirakçılara təqdim edilmişdir.

Təcrübə proqramına əsasən iştirakçılar quruplar şəklində bölünərək, layihələr təqdim etmiş və bir ay müddətində həmin layihə üzərində işləmişlər.Proqramın sonunda iştirakçılar təqdim etdikləri layihələri komissiya qarşısında uğurla müdafiə edərək diploma layiq görülüblər.




Bookmark and Share
© Bakı Dövlət Universiteti