FİZİKA PROBLEMLƏRİ İNSTİTUTU

XƏBƏRLƏR

RƏHBƏRLİK

ELMİ ŞÜRA

ŞÖBƏLƏR

ƏMƏKDAŞLAR

UNUDULMAZ ALİMLƏR

HESABATLAR, PLANLAR

TƏDQİQATLAR

İNFORMASİYA

ELMİ FONDLAR

JURNALLAR

KONFRANSLAR

FOTOALBOM

BAL CƏDVƏLLƏRİ


21/11/2019

21.11.2019-cu il tarixində Fizika Problemləri İnstitutunun növbəti seminarı keçirilmişdir.

Seminarda  “Yarımkeçiricilər Fizikası” şöbəsinin baş elmi işçisi, f.r.e.d., prof. Şahlar Əsgərov  “Qeyri bircins metal-yarimkeçrici kontaktın fizikası” mövzusunda cıxış etmişdir.
XX əsr boyu bərk cisimlərin həcmi xassələri mükəmməl öyrənilmişdir. Ancaq bərk cisimlərin səth xassələri haqqında bunu demək olmaz. Baxmayaraq ki, səth haqqında biliklər praktiki əhəmiyyət kəsb edir. İS ölçüləri azaldıqca səth effektləri, həcm effeklərini üstələyir. Hal hazırda səth fizikasının öyrənilməsi bərk cisimlər fizikasında mərkəzi yer tutur. Səthdə gedən fiziki, fiziki-kimyəvi proseslərin öyrənilməsi bərk cisim elektronikasıda,günəş və yüksək temperaturlar elektronikasında tətbiqi baxımdan çox aktualdır.
Mikroelektronika, daha doğrusu planar texnologiya elektronikada inqilab etdi və elektronikanın paradiqmasını dəyişdi. Radioelektron aparaturanın (REA) üç ölçüsündən birini götürdü. Hazırda üfiqdə nanoelektronika görünür. Əgər nanoelektronika da 2 ölçünün birini götürərsə, onda elektronikada 2-ci inqilab baş verəcək.
Bu məruzədə son 40 ildə “Amorf Təbəqələr Lab” kontakt və səth hadisələrinin tədqiqi zamanı əldə edilmiş nəticələrin xülasəsi təqdim olunur. Bu illər ərzində bu istiqamətdə bir necə doktor işi və 15 dən çox namizədlik işləri yerinə yetrilmişdir. Bu tədqiqatların nəticəsində MYK və M-V kontaklarına fiziki baxış dəyişmiş, qeyri bircins model təklif edilmişdir. Qeyri bircinsliliyə həssas bəzi kontakt və səth hadisələri ilə bağlı nəticələr təqdim olunur. Qeyri -bircinlilik metal təbəqənin mikrostrukturu nəticəsində törəyir. Polikristallik metall ilə vakuum sərhəddində baş verən proseslər, polimetalla ilə monokristal YK kontaktında baş verən proseslər analiz edilmişdir.




Bookmark and Share
© Bakı Dövlət Universiteti