FİZİKA PROBLEMLƏRİ İNSTİTUTU

XƏBƏRLƏR

RƏHBƏRLİK

ƏMƏKDAŞLAR

ELMİ ŞÜRA

TƏDQİQATLAR

İNFORMASİYA

UNUDULMAZ ALIMLƏR

ELMİ FONDLAR

JURNALLAR

KONFRANSLAR

FOTOALBOM


24/12/2019

Bakı Dövlət Universitetində növbəti Elmi seminar keçirilib

 

Bakı Dövlət Universitetində (BDU) Fizika Problemləri ETİ-nin və AMEA-nın Fizika İnstitutunun birgə seminarı keçirilib. Seminarı giriş sözü ilə Uni­versitetin Elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazım­za­də açaraq onun əhəmiyyətindən danışıb və işinə uğurlar arzulayıb.
Seminarda Yaponiyanın Osaka Prefektura Universitetinin Fizika və elek­tro­nika fakültəsinin Ali mühəndislik məktəbinin magistrantı Ryota Kitano “Bulk Electronic Structure of InSe” və AMEA-nın Fizika İnstitutunun doktorantı Elvin Əlizadə “Bulk Electronic Structure of InTe (Spectroscopic ellipsometry data and ab-initio calculations)” mövzularında çıxış ediblər.
R.Kitano və E.Əlizadə BDU-nun Fizika Problemləri ETİ-də InSe və InTe-un optik xassələrinin öyrənilməsi və onların zona quruluşlarının hesablanması üzrə tədqiqat aparıb. Optik xassələrin öyrənilməsi istiqamətində olan olan bütün təcrübi tədqiqat işləri AMEA-nın Fizika İnstitutunun İnnovasiya sektorunda olan müasir cihazlar vasitəsi ilə yerinə yetirilib. Zona quruluşunun hesablanması istiqamətində olan işlər BDU-nun Fizika Problemləri ETİ-nin və AMEA Fizika İnstitutunun əməkdaşları tərəfindən birgə yerinə yetirilib.
R.Kitano və E.Əlizadə bu müddət ərzində alınmış elmi nəticələrlə bağlı se­minar iştirakçılarının suallarını cavablandırıblar.
Seminarda BDU-nun rektoru Elçin Babayev, AMEA-nın Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov və hər iki qurumun əməkdaşları işti­rak ediblər.









 

 

Bookmark and Share
© Bakı Dövlət Universiteti