FİZİKA PROBLEMLƏRİ İNSTİTUTU

FPİ HAQQINDA

XƏBƏRLƏR

STRUKTUR

TƏDQİQAT İSTİQAMƏTLƏR

KONFRANSLAR

MARAQLI MƏLUMATLAR

ƏLAQƏ


25/02/2021

25.02.2021-ci il tarixində Fizika Problemləri ETİ-nin növbəti onlayn seminarı keçirilmişdir.

Seminarda “Kondensə olunmuş hal fizikası” şöbəsinin aparıcı elmi işçisi, Vidadi Bagıyev “Femtokimya və 4D-TOMOQRAFİYASI” mövzusunda məruzə ilə çıxış etmişdir.


Məruzəçi 4D-elektron tomoqrafiyasının yaranması və texniki şərtləri haqqında məlumat vermişdir. V.Bagıyev göstərmişdir ki, bu texnoloqiya femtosaniyə zaman maştablarında nanölçülü obyektlərdə (o cümlədən atom və molekullarda) baş verən dəyişiklikləri üçölçülü, həcmi (3D)  və canlı-zamandan asılı olaraq müşahidə etmək, yəni ki, nano və mikroaləmdə obyektlər və gedən proseslər haqda 4D tomoqrafik film çəkmək imkanı yaradır.

Daha sonra məruzəçi adı çəkilən istiqamətin perspektiv tətbiq sahələri haqqında ətraflı danışmışdır. Perspektiv tətbiq sahələri kimi:

-Kimya, o cümlədən dinamik femtokimya-kimyəvi dəyişikliyin (reaksiyaların) getməsini atom və molekul səviyyəsində, femtosaniyə maştabında müşahidə etmək və öyrənmək;

-Nanoölçülü bioobyektlərin biokimyası;

-Tətbiqi və fundamental fizika (o cümlədən qəfəs rəqslərindən qısa zamanlarda baş verən hadisələr);



-Nanomateriallar, nanostrukturlar və nanoölçülü obtektlərin xüsusiyyətlərinin və onlarda baş verən hadisələrin dinamikasının öyrənilməsini göstərmişdir. Daha sonra Vidadi Bagıyev verilən sualları cavablandırmış, aparılan təcrübələrin xüsusiyyətlərini izah etmişdir.


Bookmark and Share
© Bakı Dövlət Universiteti