FİZİKA PROBLEMLƏRİ İNSTİTUTU

FPİ HAQQINDA

XƏBƏRLƏR

STRUKTUR

TƏDQİQAT İSTİQAMƏTLƏR

KONFRANSLAR

MARAQLI MƏLUMATLAR

ƏLAQƏ


26/05/2022

26.05.2022-ci il tarixində Fizika Problemləri ETİ-nin növbəti seminarı keçirilmişdir.

Seminarda “Nəzəri fizika” şöbəsinin aparıcı elmi işçisi, Bədəlov Vətən “Ümumiləşmiş  formalı hiperbolik potensial üçün Şredinger tənliyinin həlli” mövzusunda məruzə ilə çıxış etmişdir.

Məruzəçi işdə yeni bir - ümumiləşmiş  formalı hiperbolik potensialı təklif etmişdir. Belə ki, orbital kvant ədədinin  qiymətində  mərkəzdənqaçma potensialına Pekeris yaxınlaşmasını tətbiq etməklə Nikiforov-Uvarov metodunun köməyilə bu potensial üçün Şredinger tənliyinin əlaqəli hallarının dalğa funksiyaları və enerji spektri tapılmışdır. Nəticədə, potensial parametrlərindən, radial  və orbital kvant ədədlərindən asılı məhdud sayda enerji spektri müəyyən edilmişdir.

Daha sonra Bədəlov Vətən verilən sualları cavablandırmış, alınmış nəticələrin xüsusiyyətlərini izah etmişdir.



 

 

Bookmark and Share
© Bakı Dövlət Universiteti