FİZİKA PROBLEMLƏRİ İNSTİTUTU

XƏBƏRLƏR

RƏHBƏRLİK

ELMİ ŞÜRA

ŞÖBƏLƏR

ƏMƏKDAŞLAR

UNUDULMAZ ALİMLƏR

HESABATLAR, PLANLAR

TƏDQİQATLAR

İNFORMASİYA

ELMİ FONDLAR

JURNALLAR

KONFRANSLAR

FOTOALBOM

BAL CƏDVƏLLƏRİ


26/12/2016

«Fizikanın aktual problemləri» IX respublika elmi konfransı keçirilib

Bakı Dövlət Universitetinin Fizika fakültəsində «Fizikanın aktual problemləri» IX respublika elmi konfransı keçirilib. Konfransı giriş sözü ilə BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə açıb. O, Fizika fakültəsinin nailiyyətlərindən bəhs edib. Məlum olub ki, fakültə alimlərinin elmi əsərləri dünyanın aparıcı elmi nəşriyyatlarında dərc edilir. Belə ki, 201
6-cı ildə universitet alimlərinin 160 məqaləsi Tomson Röyter Agentliyinin siyahısına daxil olan jurnallarda dərc edilib ki, onlardan 60-ı Fizika fakültəsinin payına düşür. Prorektor bildirib ki, konfransın plenar iclasında və 6 bölməsində 78 məruzə ilə 130 dan çox məruzəçi çıxış edəcək.
 Sonra Fizika fakültəsinin dekanı, professor Məmmədəli Ramazanov fakültədə prioretet istiqamətlər üzrə aparılan elmi işlərdən danışıb. O, qeyd edib ki, növbəti ildən fakültə konfransları beynəlxalq müstəviyə keçərək, daha genış miqyasda keçiriləcək. Dekan xüsusi olaraq qeyd edib ki, Bakı Dövlət Universitetində müəllimlik ixtisasının açılması ilə əlaqədar, əvvəlki konfranslardan fərqli olaraq “Fizikanın tədrisi metodikası” bölməsi də konfransa daxil ediib. 
Sonra plenar məruzəçilər çıxış ediblər. Professor S.Abdullayevin “Müon kollay¬derlərində hiqqs bozonlarin rezonans yaranmasi: ”, Nanomateriallarin kimyəvi fizikası kafedrasının doktorantı S.Nuriyevanın “Kristallaşma temperatur-zaman şəraitinin pp/ag2s əsas¬li nanokompozitlərinin quruluş və xassələrinə təsiri” adlı məruzələri dinlənilib.
Sonda konfrans işini bölmələrdə davam etdirib.Qeyd edək ki, konfransda Bakı Dövlət Universitetinin, Şamaxı Astrofizika rəsədxanasının, AMEA Fizika İnstitutunun, AMEA Radiasiya Problemləri İnstitutunun, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Milli Aviasiya Akademiyasinın, Azərbaycan Memarlıq və İnşaat Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Qafqaz Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Kollecinin əməkdaşları iştirak ediblər.














Bookmark and Share
© Bakı Dövlət Universiteti