FİZİKA PROBLEMLƏRİ İNSTİTUTU

FPİ HAQQINDA

XƏBƏRLƏR

STRUKTUR

TƏDQİQAT İSTİQAMƏTLƏR

KONFRANSLAR

MARAQLI MƏLUMATLAR

ƏLAQƏ


28/10/2021

28.10.2021-ci il tarixində Fizika Problemləri ETİ-nin növbəti seminarı keçirilmişdir.

Seminarda “Kondensə olunmuş hal fizikası” şöbəsinin elmi işçisi, Həsənov Məhəmməd “Metal-yarımkeçirici kontaktının xassələrinin mürəkkəb sistemlər nəzəriyyəsi əsasında təhlili” mövzusunda məruzə ilə çıxış etmişdir.

Məruzəçi Şottki diodlarının hazırlanmasında istifadə olunan və müxtəlif texnoloji şəraitdə alınan nazik metal təbəqələrin struktur və xassələrinin müxtəlifliyinin geniş diapazonda dəyişdiyini qeyd etmişdir. Metal-yarımkeçirici kontaktlarının toxunma səthinin qeyri-bircinsliyini nəzərə almaqla kontaktda baş verən elektrofiziki xassələr mürəkkəb sistemlər nəzəriyyəsi baxımından araşdırılmışdır. Ayrılma sərhəddində baş verən elektrofiziki proseslər mürəkkəb sistemlər nəzəriyyəsinə görə analiz edilmişdir və bunu əks etdirən nəticələr təqdim olunmuşdur.

Daha sonra Həsənov Məhəmməd verilən sualları cavablandırmış, aparılan təcrübələrin xüsusiyyətlərini izah etmişdir.





Bookmark and Share
© Bakı Dövlət Universiteti