FİZİKA PROBLEMLƏRİ İNSTİTUTU

FPİ HAQQINDA

XƏBƏRLƏR

STRUKTUR

TƏDQİQAT İSTİQAMƏTLƏR

KONFRANSLAR

MARAQLI MƏLUMATLAR

ƏLAQƏ


26/12/2019

26.12.2019-cu il tarixində Fizika Problemləri İnstitutunun növbəti seminarı keçirilmişdir.

Seminarda Biofizika şöbəsinin aparıcı elmi işçisi, dosent Bayramov Qəzənfər Müzəffər oğlu “Maye kristallar: kəşf olunması, inkişaf yolları və müasir tətbiq sahələri” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzəçi son yarım əsrdə alimlər qarşısında öz sirlərini açmış maye kristalların təəccüb doğuran dünyası haqqında maraqlı və populyar çıxış etmişdir. Maye kristalların kəşf olunması tarixi və onların real mövcud olması uğrundakı uzun mübarizədən bəhs olunmuşdur. Reynitser və Lemanın pioner işləri və digər alimlərin maye kristalların təbiəti haqqında düzgün təsəvvürlərin formalaşması üçün gördükləri bir çox işlər ətraflı izah edilmişdir. Seminar iştirakçıları Maye kristalların bir çox tətbiq sahələri ilə tanış olmuşlar.

Bookmark and Share
© Bakı Dövlət Universiteti