FİZİKA PROBLEMLƏRİ İNSTİTUTU

FPİ HAQQINDA

XƏBƏRLƏR

STRUKTUR

TƏDQİQAT İSTİQAMƏTLƏR

KONFRANSLAR

MARAQLI MƏLUMATLAR

ƏLAQƏ


28/04/2022

28.04.2022-ci il tarixində Fizika Problemləri ETİ-nin növbəti elmi seminarı keçirilmişdir.

Seminarda “Biofizika” şöbəsinin elmi işçisi, Bağırova Sənubər “Polivinilpirrolidon əsaslı sulu məhlulların reoloji xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış etmişdir.

S.Bağırova polivinilpirrolidonun  müxtəlif fraksiyalarının sulu məhlullarının xarakteristikaları barəsində məruzə etmişdir. Polivinilpirrolidonun  müxtəlif fraksiyalarının sulu məhlullarının xarakteristik özlülüyünə temperaturun, molekulyar kütlənin təsirinə baxılmış, Xaqqins əmsalı K və ikinci virial A əmsalı təyin edilmişdir.

Daha sonra Bağırova Sənubər verilən sualları cavablandırmış, aparılan təcrübələrin xüsusiyyətlərini izah etmişdir.





Bookmark and Share
© Bakı Dövlət Universiteti