FİZİKA PROBLEMLƏRİ İNSTİTUTU

FPİ HAQQINDA

XƏBƏRLƏR

STRUKTUR

TƏDQİQAT İSTİQAMƏTLƏR

KONFRANSLAR

MARAQLI MƏLUMATLAR

ƏLAQƏ


30/03/2022

BDU Fizika Problemləri İnstitutunun əməkdaşı “İlin alimi” müsabiqəsinin qaliblərindəndir.

27 Mart - Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş BDU əməkdaşları arasında “İlin alimi” müsabiqəsinin nəticələri açıqlanıb.

Müsabiqə Komissiyasının qərarı ilə, təbiət və dəqiq elmlər üzrə –BDU-nun nəzdində Fizika Problemləri ETİ-nin Nəzəri fizika şöbəsinin müdiri, dosent Şahin Ağayev III yerə layiq görülüb. Müsabiqədə I yerin qalibləri 2500, II yerin qalibləri 1500, III yerin qalibləri isə 1000 manat pul mükafatı və diplomla təltif ediliblər.

BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə iki ildir keçirilir. Müsabiqənin məqsədi il ərzində aktiv elmi fəaliyyət göstərərək yüksək nəticələrə nail olmuş, təsir (impakt) faktorlu, tanınmış bazalarda indekslənən nüfuzlu jurnallarda və nəşrlərdə dərc edilmiş elmi məqalələri və digər elmi əsərləri olan, elmi işlərinə istinad edilən BDU-nun əməkdaşlarının mükafatlandırılmasıdır.

Bu uğuru münasibətilə Şahin müəllimi təbrik edir, gələcək işlərində uğurlar arzulayırıq.


Bookmark and Share
© Bakı Dövlət Universiteti