28.04.2022-ci il tarixində Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun iclası keçirilmişdir.
28.04.2022-ci il tarixində BDU-nun Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun növbəti iclası keçirilmişdir. İclasda ilk olaraq İnstitut rəhbərliyi əməkdaşları Ramazan bayramı münasibəti ilə təbrik etmiş, daha sonra isə
1. İnstitutda elmi tədqiqat işlərinin daha effektiv yerinə yetirilməsi və əmək şəraitinin yaxşılaşdırılması məqsədi ilə işçilərin otaqlarda şöbələrə uyğun yerləşdirilməsi
2. Əmək intizamının möhkəmləndirilməsi
kimi məsələlər müzakirə edilmiş, əmək intizamının müzakirəsi aparılmış, işə davamiyyət məsələlərində kart sistemindən istifadənin vacibliyi diqqətə çatdırılmışdır.
