FİZİKA PROBLEMLƏRİ İNSTİTUTU

FPİ HAQQINDA

XƏBƏRLƏR

STRUKTUR

TƏDQİQAT İSTİQAMƏTLƏR

KONFRANSLAR

MARAQLI MƏLUMATLAR

ƏLAQƏ


31/03/2022

Təbrik edirik!

Rüstəmov Fərhad Ərəstun oğlu 31 mart 1957-ci ildə Neftçala şəhərində anadan olmuşdur. 1963-1973-cü illərdə orta məktəbi və eyni zamanda 1972-1973-cü illərdə Moskva Fizika Texnika İnstitutunun nəzdindəki qiyabi fizika – riyaziyyat məktəbini bitirmişdir. 1973-cü ildə ADU-nin fizika fakultəsinə daxil olub 1978-ci ildə məzun olmuşdur. 1980-cı ildə ADU-nin əyani aspiranturasına daxil olmuş və 1986-cı ildə “İon amfifil maddələr əsasında liotrop maye kristallik sistemlərin liotrop polimorfizmi və dielektrik xassələri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fizika – riyaziyyat elmləri namizədi, 2000-ci ildə “Fotorefraktiv kristallarda dörddalğalı qarışma zamanı optik keçidlərin ikisəviyyəli modeli” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fizika – riyaziyyat elmləri doktoru alımlık dərəcəsi almışdır.

Əmək fəaliyyəti həmişə Bakı Dövlət Universiteti ilə bağlı olmuşdur.

  • 1984 - 1985: Mühəndis, Yarımkeçiricilər fizikası laboratoriyası, BDU
  • 1985 - 1988: Kiçik elmi işçi, Yarımkeçiricilər fizikası laboratoriyası, BDU
  • 1988 - 1989: Elmi işçi, Yarımkeçiricilər fizikası laboratoriyası, BDU
  • 1989 - 1992: Böyük elmi işçi, Yarımkeçiricilər fizikası laboratoriyası, BDU
  • 1992 - 2005: Aparıcı elmi işçi, Yarımkeçiricilər fizikası laboratoriyası, BDU
  • 2005-2019: Şöbə müdiri, Yarımkeçiricilər Fizikası şöbəsi, Fizika Problemləri İnstitutu, BDU
  • 2019-cu ildən isə BDU-nun Fizika Problemləri ET İnstitutunda “Kondensə olunmuş hal fizikası” şöbəsinin müdiri vəzifəsində çalışır.

Elmi maraq dairəsi: Termotrop və liotrop maye kristallar, dinamik holoqrafiya, fotorefraktiv kristallarda iki və dörddalğalı qarışmanın nəzəri tədqiqi, nanohissəciklərin alınma texnologiyası, məsaməli silisium, kvant- ölçülü effektlərlə bağlı fotolyuminessensiya hadisəsi.

BDU-nun Fizika Problemləri ETİ-nin kollektivi Kondensə olunmuş hal fizikası şöbəsinin müdiri Rüstəmov Fərhad Ərəstun oğlunu 65 illik yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, xoşbəxt ömür, elmi və pedaqoji fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırlar.

 

Bookmark and Share
© Bakı Dövlət Universiteti