FİZİKA PROBLEMLƏRİ İNSTİTUTU

XƏBƏRLƏR

RƏHBƏRLİK

ELMİ ŞÜRA

ŞÖBƏLƏR

ƏMƏKDAŞLAR

UNUDULMAZ ALİMLƏR

HESABATLAR, PLANLAR

TƏDQİQATLAR

İNFORMASİYA

ELMİ FONDLAR

JURNALLAR

KONFRANSLAR

FOTOALBOM

BAL CƏDVƏLLƏRİ


22/04/2017

BDU-da keçirilən Beynəlxalq tədbirin materialları Tomson-Reyters və digər agentliklərdə indekslənən jurnallarda çapa qəbul olunublar

2016-2017-ci tədris ili ərzində  Fizika Problemləri İnstitutunun baş elmi işçisi fizika-riyaziyyat elmləri doktoru, professor Rauf Cəfərovun beynəlxalq elmi əlaqələri, fizika fakültəsinin dekanı professor Məhəmmədəli Ramazanovun hər tərəfli dəstəyi və başda Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə bərabər  BDU rektoru  akademik Abel Məhərrəmov olmaqla BDU rəhbərliyinin, Rusiyanın Moskva vilayətinin Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (JINR - Joint Institute for Nuclear Research, Dubna, Russia), Avstriyada akkreditasiya olunmuş Nüvə Texnologiyaları Tədris və Təlim üzrə Regional Şəbəkənin (STAR-NET - Regional Network for Education and Training in Nuclear Technology) və İtaliyanın paytaxt Roma Sapienza Universitetinin birgə təşkilatçılığı ilə  X  “Modern Trends in Physics” adlı Beynəlxalq Konfrans keçirilmişdir (www.mtphysics.az ). Bu konfransda Respublikanın bütün elm və ali təhsil ocaqlarından, həmçinin dünyanın bir çox qabaqcıl ölkələrinin, fizikanın müxtəlif sahələri üzrə çalışan alimləri əyani iştirak etmişlər.





Məruzə olunmuş materiallar, 50 seçilmiş məqalə kimi Tomson-Reyters Agentliyi ilə yanaşı dünyanın bir sıra agentliklərində indekslənən, ABŞ Amerika Fizika İnstitutu Konfrans Materialları (AIP Conference Proceedings  http://www.mtphysics.az/International-Conference-Proseedings.pdf ) şəklində və hər birində 10 məqalə olmaqla qonşu ölkələrdən olan, Rusiyanın, ABŞ AIP tərəfindən ingilis dilinə tərcümə olunaraq Tomson-Reyters Agentliyində indekslənən, Russian Physics Journal adında dərc olunan Rusiya Ali məktəblərinin Xəbərləri-Fizika jurnalında (Известия Вузов. Физика https://elibrary.ru/contents.asp?titleid=7725  ), Rusiya Alİ Attesstasiya Komissiyasının elmlər doktoru dissertasiyalarının müdafiəsi üçün tövsiyyə etdiyi Moskva Dövlət Universitetinin Fizika fakültəsinin Elmi Əsərlərində (Ученые записки http://uzmu.phys.msu.ru/toc/accepted ), DRJI (Directory Research Journal Indexing) indekslənən Gürcüstanın GESJ (Georgian Electronic Scientific Journal.Physics  http://gesj.internet-academy.org.ge/en/news_en.php?b_sec=phys ) jurnalı ilə birlikdə, Bakı Dövlət Universitetinin Xəbərləri və yenicə təsis edilmiş, BDU rektoru akademik Abel Məhərrəmovun baş redaktorluğu ilə dərc olunan Beynəlxalq  Nazik ölçülü Təbəqəli Sistemlər Jurnalında (Journal of Low Dimensional Systems http://physics.bsu.edu.az/en/content/journal_of_low_dimensional_systems_ ) dərc olunmuşdur.

İnstitutun digər əməkdaşları, fizika-riyaziyyat elmləri namizədləri, yüksək enerjilər üzrə aparıcı elmi işçilər  Şahin Ağayev və Şahin Məmmədov, uyğun olaraq, Türkiyənin Kocaeli Universitetinə, Avropa Nüvə Tədqiqatları Mərkəzinə və  Rusiyanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutlarına uzunmüddətli  elmi tədqiqat işinə dəvət olunmuşlar.

            Professor Rauf Cəfərov , Rusiyanın Tomsk Dövlət Universitetinin (TDU), ABŞ AIP tərəfindən ingilis dilinə tərcümə olunaraq Tomson-Reyters Agentliyində indekslənən, Russian Physics Journal adında dərc olunan Rusiya Ali məktəblərinin Xəbərləri-Fizika jurnalının (Известия Вузов. Физика), TDU rektoru Eduard Galajinskinin əmri ilə Beynəlxalq Redaksiya Heyətinə üzv seçilmişdir.

 редколлегия изв. вузов 28.12.16.pdf

Prof. R.Cəfərov həmçinin Gürcüstanın GESJ (Georgian Electronic Scientific Journal.Physics) jurnalının Redaksiya Heyətində  ( http://gesj.internet-academy.org.ge/en/editboard_en.php?b_sec=phys )  səmərəli fəaliyyət göstərir.


Bookmark and Share
© Bakı Dövlət Universiteti