FİZİKA PROBLEMLƏRİ İNSTİTUTU

XƏBƏRLƏR

RƏHBƏRLİK

ELMİ ŞÜRA

ŞÖBƏLƏR

ƏMƏKDAŞLAR

UNUDULMAZ ALİMLƏR

HESABATLAR, PLANLAR

TƏDQİQATLAR

İNFORMASİYA

ELMİ FONDLAR

JURNALLAR

KONFRANSLAR

FOTOALBOM

BAL CƏDVƏLLƏRİ


VI Respublika elmi-praktik konfransı

02/11/2012


Bakı Dövlət Universiteti Fizika Problemləri Elmi Tədqiqat İnstitutunda 14-15 dekabr 2012-cu il tarixdə

“Opto, nanoelektronika, kondensə olunmuş mühit və yüksək enerjilər fizikası” mövzusunda  VI respublika elmi-praktik konfransı keçirilir.

.

Konfransın materialları (1 nüsxə və elektron variantı ilə) 20 noyabr 2012-ci il tarixə kimi qəbul olunur.. Konfransın proqramı və materialları konfransın başlanmasınadək çap olunacaq. Konfrans materialları BDU-nun Fizika Problemləri İnstitutunun saytında (www.ipp.bsu.edu.az) yerləşdiriləcək və kitabxanalara veriləcəkdir.

Konfrans materiallarının hazırlanma qaydaları

 

  1. Məqalənin adı – böyük hərflərlə, qalın, şrift 12.
  2. Müəllifin adı, atasının adı, soyadı,elektron ünvanı – adi hərflərlə, qalın, şrift 12.
  3. Təhsil (elmi-tədris) müəssisənin adı – adi hərflərlə, kursiv, şrift 12.
  4. Mətnlərin yığılmasıA 4 formatda, hər tərəfdən 2,5 sm, şrift 12, interval 1, Times New Roman, 2-3 səhifə həcmində (xülasə və ədəbiyyat sihayısı ilə).
  5. Şəkil, qrafik və cədvəllər mətnin daxilində, xülasə mətnin əvvəlində (5¸10 sətir)  verilməlidir.
  6. Konfrans materialları azərbaycan, rus və ingilis dillərində qəbul olunur.
  7. Hər müəllifin 2-dən artıq məruzəsi qəbul olunmur.

Konfransın təşkilati xərcləri üçün hər məruzə üçün 15 AZN ödənilməlidir.

Konfrans materialları almaq istəyən müəlliflər əvvəlcədən əlavə olaraq 10 AZN ödəməlidir.

Göstərilən tələbləri ödəməyən materiallar qəbul olunmayacaq.

Materiallar aşağıdakı ünvanda 10.10.2012-ci ildən 20.11.2012-ci ilədk hər gün saat  1000 – 1500 dək qəbul olunur.

Bakı Dövlət universiteti Fizika Problemləri Elmi Tədqiqat İnstitutu  (Bakı Dövlət Universitetinin həyətində),   I mərtəbə, otaq № 6.

Əlaqə telefonu:  510-18-22, mob. 050 4739690  Y. Nurullayev (məsul katib)

TƏŞKİLAT KOMİTƏSİ

Bookmark and Share
© Bakı Dövlət Universiteti